Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-02-2025 , 19:25

1001

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Azərbaycan  Bələdiyyə  İşçiləri Həmkarlar  İttifaqı  rayon komitələrinə tövsiyə məktubu göndərilib 

Azərbaycan  Bələdiyyə  İşçiləri Həmkarlar  İttifaqı Respublika Komitəsinin sədri Qorxmaz Həsənovun imzası ilə rayon komitələrinə tövsiyə məktubu göndərilib. Tövsiyə məktubunda deyilir:

“29 yanvar  2025-ci ildə keçirilən növbəti bələdiyyə seçkilərindən sonra Azərbaycanda 1606 bələdiyyədən 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayı 685-ə endirilmişdir. Birləşən 1400 bələdiyyədə birləşmə ilə əlaqədar  mülkiyətçinin dəyişməsi labüddür. Mülkiyyətçinin (bələdiyyə sədrinin) dəyişməsi ilə əlaqədar olaraq hansı işçilərin işdə qalacağı, hansı işçilərin əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq qanunvericiliyin tələbləri haqqında məlumatları nəzərinizə çatdırırıq.

Mülkiyyətçi dəyişən zaman əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü, əmək müqaviləsinə xitam verilməsi 68“ç”, müqavilənin şərtlərinin dəyişdirilməsi isə 56-cı maddəsi ilə tənzimlənir. Bu zaman yeni mülkiyyətçinin təşəbbüsü ilə yalnız  Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilərin əmək müqaviləsinə xitam verilə bilər.

Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində      təsbit edilmişdir ki, yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar Əmək Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində qeyd edilən  işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Lakin işçinin özü yeni şərtlərlə işləməkdən imtina edə bilər. Bu halda, əmək münasibətlərinə xitam verilməsi qanunvericilik qaydalarına uyğun Əmək Məcəlləsinin 68.2”a” və ya 69-3cü maddəsinə əsasən həyata keçirilir.

Əmək müqaviləsinin ləğvi  mülkiyətçinin dəyişməsi səbəbindən işəgötürənin təşəbbüsü ilə baş verərsə, işdən çıxarılan işçilər müəyyən ödənişlər almaq hüququna malikdirlər.

Əmək Məcəlləsinin  77-ci maddəsinə əsasən yeni mülkiyyətçi Əmək Məcəlləsinin 68.2 maddəsinin “ç” bəndi əsasında əmək müqaviləsi ləğv edilmiş işçilərə orta əmək haqqının  azı 3 misli miqdarında müavinətın ödənilməsi təmin edilməlidir.

Mülkiyyətçinin dəyişməsi zamanı əmək müqaviləsinə xitam verilən zaman ödənilən müavinətlər Vergilər Məcəlləsinin 102.1.4-cü, “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən gəlir vergisindən və məcburi dövlər sosial sığorta haqqından azaddır.

Əlavə olaraq bildiririk ki, Əmək Məcəlləsinin 63-cü maddəsinin 3-cü bəndində təsbit edilmişdir ki,  mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir.

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
810

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
966

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
732

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
695

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
769

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Gündəlik Xəbərlər
29-01-2025
772