Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-02-2026 , 11:33

197

Son xəbərlər

Bütün xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Deputatların bələdiyyələrə münasibəti

MÜSBƏTƏ DOĞRU DƏYİŞİLMƏ BƏLƏDİYYƏLƏRİN PROBLEMLƏRİNİN HƏLLİNİN YAXINLAŞDIĞINDAN XƏBƏR VERİR

Son illərdə, xüsusən də, son seçkidən sonra formalaşan Milli Məclisin üzvlərinin bələdiyyələrə qarşı münasibəti deyərdim ki, müəyyən mənada müsbətə doğru bir xeyli dəyişib.
Bu gün Milli Məclisin komitə və plenar iclaslarında bələdiyyələrə qarşı ciddi ittihamlar, o cümlədən sərt şəkildə bələdiyyələrin fəaliyyətinin tənqidinə rast gəlinmir. Artıq bələdiyyələrin səmərəli fəaliyyəti ilə bağlı, habelə onların üzləşdiyi problemlərin həlli ilə bağlı fikirlərin səsləndirilməsi, açıq etiraf edim ki, diqqəti çəkir.
Bu gün bələdiyyələrin əmlakla bağlı problemlərinə son verilməsi məsələsi, hətta Böyükşəhər bələdiyyələrinin təsis edilməsi, MM üzvlərinin bələdiyyə sədrləri ilə birgə görüşlərin keçirilməsi, mütəmadi olaraq bələdiyyələrin inzibati binasının ziyarət edilməsi, bütün hallarda iki seçkili orqanının hər ikisinin cəmiyyətdə çəki və nüfuzunun artmasına əvəzsiz təsiri var.
QHT təmsilçisi olaraq uzun illər əvvəl səsləndirdiyim təkliflərin bu gün MM üzvləri tərəfindən ürəklə səsləndirilməsi, bununla bağlı hətta təkliflərin və həlli yollarının göstərilməsi ürəkaçan məqamlardır. İstər komitə üzvləri tərəfindən, istərsə də digər deputatların səsləndirdikləri məqamlar bələdiyyələrin problemlərinin həllinin yaxınlaşdığından xəbər verir.
Bu işdə Regional məsələlər Komitəsinin  hər bir üzvünün öz töhfəsi var.
Düşünürəm ki, iki seçkili orqanın qarşılıqlı münasibəti bu şəkildə davam edərsə bələdiyyələrin həm fəaliyyətinin təbliğində, həm də üzləşdikləri problemlərin həllində irəliləyişin olacağına heç bir şübhəm yoxdur.
Beləliklə, bələdiyyələrin üzləşdiyi problemlərin həllinə yardımçı olan hər bir Milli Məclis  üzvünə, xüsusəndə Regional məsələlər Komitəsinin hər bir üzvünə öz təşəkkürümü bildirirəm.
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz