Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-02-2026 , 21:33

106

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Deputatlar Böyük Şəhər Bələdiyyələrinin yaradılmasını təklif edir

Deputatkar Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasının təklif edib.

Deputat Siyavuş Novruzov bələdiyyələrin sayının azaldılması ilə yanaşı, bələdiyyələrin fəaliyyətinin effektivliyini təmin etmək üçün Böyük Şəhər Bələdiyyələrin yaradılmasını təklif edib.

Deputat Fazil Mustafa isə bildirib ki, yerlərdə idarəetmə modeli tapana qədər, ya bələdiyyələrin statusunu genişləndirməli, ya da icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri verməliyik. “Çünki mərkəzləşmiş qurumlar yerlərdə vətəndaşı razı sala biləcək problemlərin həllinə diqqət ayrımaqda çətinlik çəkirlər. Bu mənada Böyük Şəhər Bələdiyyəsinin yaranması vacibdir”, – deputat bildirib.

Deputat Elman Nəsirov və digərləri də bu təklifi dəstəkləyib.

Ölkə.az

Rəylər

0 Rəy


Rəy yaz