Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2026 , 20:20

181

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub


Fevralın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclasda bir məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını diqqətə çatdırıb.

Komitə sədri çıxışında ötən il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və ideoloji əsaslar üzərində qurulan müasir Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və qətiyyətli rəhbərliyi altında tarixi inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Vurğulanıb ki, Azərbaycan 2025-ci ildə regional liderliyini möhkəmləndirmiş, hərbi və diplomatik gücünü artırmış, müstəqil, suveren və qalib dövlət kimi mövqeyini daha da gücləndirmişdir.

Komitə sədri bildirib ki, ötən il yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə başlanılıb və bələdiyyələrin birləşdirilməsi idarəetmənin səmərəliyinin artırılmasına, onların institusional potensialının güclənməsinə və fəaliyyət imkanlarının genişlənməsinə xidmət edib. O, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2025-ci il üzrə  məruzəsinin dolğun və ətraflı hazırlandığını deyib. Bildirib ki, məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində görülən məqsədyönlü işlər, digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunub.

Sonra  ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib.

Nazir müavini qeyd edib ki, il ərzində ədliyyə orqanlarının fəaliyyəti çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilmiş, institusional və rəqəmsal islahatlar, o cümlədən süni intellekt həlləri tətbiq edilərək xidmətlərin keyfiyyəti və idarəetmə səmərəliliyi artırılmışdır. Bildirilib ki, bələdiyyələrin struktur islahatları nəticəsində onların sayı ölkə üzrə 685 vahid təşkil edib. Qeyd olunub ki, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra ötən ilin yanvarında bələdiyyə seçkiləri keçirilib, nəticədə bələdiyyələrin yeni tərkibi formalaşıb. Əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib.

Sonra nazir müavini bələdiyyələr tərəfindən qanunçuluğa riayət edilməsinin təmin olunması, qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması istiqamətində nazirliyin həyata keçirdiyi fəaliyyəti diqqətə çatdırıb.

Bildirilib ki, 2025-ci ildə hüquq ekspertizasından keçən 81711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində - 1935) bələdiyyə aktının 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Cinayət əlamətləri aşkar olunan hallar üzrə materiallar istintaq orqanlarına göndərilib və inzibati xətalara görə vəzifəli şəxslər məsuliyyətə cəlb edilib.

Bundan başqa, hesabat ilində  bələdiyyələrin maliyyə imkanlarının artırılması, yerli vergi və ödənişlərin düzgün hesablanması və yığılması, əhalinin məşğulluğunda bələdiyyələrin iştirakının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə və vətəndaşların məlumatlılığının artırılması üçün maarifləndirmə tədbirləri həyata keçirilib.

Nazir müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı metodoloji iş və maarifləndirmə, maliyyə idarəçiliyində şəffaflığı artırmaq, elektron xidmətlərin tətbiqi, elektron informasiya sistemlərinin qurulması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

Sonra təqdim olunan məruzə ətrafında aparılan müzakirələrdə komitə üzvləri Tahir Rzayev, Aydın Mirzəzadə, Kamran Bayramov,  Elşən Musayev, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Cəfərov çıxış edərək, məruzənin hərtərəfli hazırlandığını qeyd ediblər. Onlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, onların maliyyə mənbələrinin dayanıqlığının artırılması və yerli özünüidarəetmənin digər aktual məsələləri ilə bağlı bir sıra qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

İclasda komitə sədrinin müavini Nurlan Həsənov, deputatlar Məzahir Əfəndiyev, Arzuxan Əli-zadə, Vasif Qafarov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
148

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
157

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
131

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
351

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
191

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
357

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
556

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
352

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
654