Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2024 , 19:24

213

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Yüksəlişimiz son illərdə bələdiyyədə vergi-uçot sisteminin düzgün qurulması ilə başlayıb”


“Bu gün qanunvericiliklə həvalə olunmuş vergi və qeyri-vergi mənbələri üzrə gəlirlərin maksimum dərəcədə yerli büdcəyə cəlb edilməsi hər bir bələdiyyənin əsas vəzifəsi olmalıdır. Biz də Xətai bələdiyyəsi olaraq bunun üçün son beş il ərzində ciddi addımlar atmışıq” -bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Vergi xidmətinin rəhbəri Natiq Sayadov, baş mühasib Rasim Məmmədov, bələdiyyənin ərazi, idarətetmə, uçot və qeydiyyat şöbəsinin mütəxəssisi Həmid Həmidov, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirlən görüşdə  sədr Elşad Vəliyev qeyd edib ki, bələdiyyənin fəaliyyətinin səmərəliliyinin ən mühüm şərtlərindən biri seçicilərin, yerli əhalinin onlara inamının, dəstəyinin olmasıdır. Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq bələdiyyənin əsas vəzifələrindən biridir.

Xətai bələdiyyəsi olaraq əhalinin etimadını doğrultmaq üçün bütün qüvvələrimizi səfərbər etmişik. Məhz kollektivin birgə fəaliyyətinin nəticəsidir ki, oktyabr ayı ərzində əldə etdiyimiz maliyyə vəsaitinin  həcmi rekord həddə çataraq 272 min manatı keçib. On il əvvəl il ərzində bu qədər vergi yığan bir bələdiyyə, bu gün artıq o vəsaiti ay ərzində toplayır. Bu yüksəlişin əsas səbəbi bələdiyyədə son illərdə vergi-uçot sisteminin düzgün qurulması ilə başlayıb.  

Görüşdə sədr bələdiyyənin əldə etdiyi bəzi rəqəmlərə də yer ayırdı:

“Xətai bələdiyyəsi əgər 2020-cu il üzrə  cəmi  463.932 manat, ondan əmlak vergisi 281.340 manat əldə etmişdisə, bu rəqəm ötən il  2.122.264 manat olub ki,  onun da 1.201.772 manatı əmlak vergisindən olub.  2024-cü ilin artıq on ayı ərzində büdcə daxilolmalarının həcmi 1.922.345 manat olub. Nəzərə alaq ki, ötən il büdcə gəlirləri sırasında subvensya layihəsinin icrası üçün  350 min manatda ayrılmışdı. Demək, artıq oktyabr ayında ötən ildə əldə etdityimiz rəqəmi artıq keçmişik. Bu artımlar sırasnda əmlak vergisinin həcminin diqqətiçəkən dərəcədə artmasında  2023-cü ildən BAMS proqramının Əmlak  Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunmasının da mühüm rolu olub. Artıq doqquz ay ərzində əldə olunan əmlak vergisnin həcmi 1.255.580 manat  olub. Məhz inteqrasiya səbəbində hər ay ötən ilin müvafiq dovrü ilə müqayisədə əmlak vergisinin həcmi 12-15 faiz artıq olur. İlin sonunadək ümumi büdcə gəlirlərində ümumi artım 20 faizi keçəcək.”

Sədr qeyd edib ki, ötən ildə ölkə bələdiyyələri arasında büdcə daxilolmalarına görə, əldə etdiyimiz birinciliyi bu ildə uğurla qoruyacağımıza əminik.

Məhz əldə etdiyimiz maliyyə vəsaiti ilə Xətai rayonunda RİH-nin təşəbbüsü ilə saysız-hesabsız layihələr icra olunub və icra olunmaqdadır. Hər bir layihənin icrasında biz Xətai RİH-in dəstəyini hiss edirik.

Görüşdə o da bildirilib ki, əgər hüquqi müstəvidə, o cümlədən bəzi normativ-hüquqi aktlardakı boşluqlar aradan  qaldırılmış olsa büdcə gəlirlərimiz daha artıq ola bilər.

Məhz bələdiyyənin bu gün mehmanxana resumlarının, avtodayanacaqlarla bağlı ödənişlərin az olması da məhz qeyd edilən istiqamətdəki boşluqlar səbəbindəndir.

Görüşdə bildirildi ki, hazırda ölkəmiz COP 29 kimi mötəbər bir tədbirə ev sahibliyi edir. COP 28-un Liderlər Sammitində  200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin ölkəmizə verilməsi Azərbaycana olan hörmətin əlaməti, beynəlxalq arenada Prezident İlham Əliyevin  aktiv fəaliyyətinə verilən qiymətdir. Bu gün bizdə bir bələdiyyə olaraq COP 29-a hazırlıqlarda, istərsə də Post-COP dövründə yaşıl dünya naminə görüləcək işlərə öz töhfəmizi bundan sonra da verməyə hazırıq.

Görüş iştirakçıları müzakirələr zamanı  qaldırılan məsələlərlə bağlı öz fikir və mülahizələrini bildiriblər.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər