Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2024 , 23:41

277

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Azərbaycanın “yaşıl gündəliyinin” inkişaf etdirilməsində bələdiyyələr də öz töhfəsini verməyə hazır olmalıdır”

“Bu gün ölkəmizin mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi var”-bu fikirləri Belediyye.infoya Səbail bələdiyyəsinin sədri Hacı Əliyev deyib.

Sədr deyib ki, COP 28-un Liderlər Sammitində  200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin ölkəmizə verilməsi Azərbaycana olan hörmətin əlaməti, beynəlxalq arenada aktiv fəaliyyətimizə verilən bir qiymətdir.

Bu gün Azərbaycanın yaşıl gündəliyinin və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin ciddi perspektivləri var. Deməliyəm ki, bu sahədə də ölkəmizin böyük potensialı mövcuddur. Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin yaşıl gündəliyinin perspektivindən xəbər verir. Bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını  bir daha təsdiqləyir.

Bütün bunlar Azərbaycanın dünyada həm də  etibarlı tərəfdaş kimi rolunu gücləndirir.

Və bu işdə bütün bələdiyyələr də öz töhfəsi verməyə hazır olmalıdır. Odur ki, hər bir bələdiyyə büdcə gəlirlərini artırmaqla ölkəmizdə həyata keçirilən layihələrə büdcədaxilolmalarını artırmaqla bu dəstəyi göstərə bilərlər.

Seçkidən sonra formalaşacaq bələdiyyələrdə  ilk növbədə bu istiqamətdə qaldırılan məsələlər  iclaslarda  müzakirə mövzusu ola bilər. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər