Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2024 , 15:31

452

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səbail bələdiyyəsində Qarabağ müharibəsi veteranı Altay Babaşovla görüş keçirilib

Səbail bələdiyyəsində  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin şöbə müdiri, Səbail rayon ağsaqqalar şurasının sədr müavini, ehtiyatda olan zabit, Qarabağ müharibəsi veteranı Altay Babaşovla görüş keçirilib. 

Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi diqqətə çatdıran Səbail bələdiyyəsinin sədri Hacı Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin və müharibə veteranlarının sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. 

Birinci Qarabağ müharibəsi veteranlarının iştirakı ilə keçirilən tədbirdə Hacı Əliyev qeyd edib ki, birinci və ikinci Qarabağ müharibəsinin veteranları və şəhid ailələri hər zaman dövlət başçımızın diqqət mərkəzindədir. Bu gün ölkəmizin bu istiqamətdə həyata keçirdiyi layihələrə bələdiyyələrdə öz töhfəsini verir. 

Sədr qeyd edib ki, Vətən müharibəsi şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi üçün Səbail bələdiyyəsi tərəfindən rayon ərazisində şəhid olan 14 nəfər qəhrəmanın barelyefləri hazırlanaraq  yaşamış olduqları binalara vurulub.  Mütəmadi olaraq şəhid və qazi ailələri ilə görüşlər keçirilir, onları maraqlandıran suallara cavab verilir və həssas qurpa aid rayon sakinlərinin üzləşdikləri problemlərin həllinə öz töhfəsini verməkdədir.  

Birinci Qarabağ müharibəsi veteranı Altay Babaşovun həyat və fəaliyyətinə toxunan sədr bu gün Babaşovlar ailəsinin gənclərimizə örnək olan ailələrdən biri olduğunu qeyd edib. Sədr həmçinin Altay Babaşovun I Qarabağ müharibəsi dövründə ərazi bütovlüyümüzün müdafiəsində  danılmaz xidmətləri olduğunu dilə gətirib.

Daha sonra görüşdə çıxış edən Səbail RİHBA-nın şəhid və müharibə veteranları ilə iş şöbəsinin məsul əməkdaşı Nicat Quliyev,  Qarabağ müharibəsi veteranları Altay Babaşov  və Altay Babaşovun ömür-gün yoldaşı Natəvan Babaşova, İradə Sadıqova və Səyavuş İmranov,  “Dədə Qorqud” Fondunun Prezidenti Eldar İsmayılov, “Azərbaycan Dünyası” Beynəlxalq Dərgisinin idarə heyətinin üzvü Zarema Dadaşova, şəhid atası Qələmşah Əhədov, Qarabağ əlilləri, veteranları, şəhid ailələri  ictimai birliyinin Səbail rayon şöbəsinin sədr muavini İpək İsmayılova,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət heyətinin üzvü, ehtiyatda olan polkovnik Bəhram Ağakişiyev və  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli  dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına yaradılan hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı bələdiyyə tərəfindən həyata keçirilən layihələrdən razılıqları ifadə ediblər.

Görüşdə Səbail bələdiyyəsinin sədr müavini Səmədağa Aslanov, Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova və  bələdiyyənin üzv və qulluqçuları iştirak ediblər. 

Görüşün sonunda müharibə veteranları və qazilərlə xatirə şəkli çəkdirilib.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər