18 oktyabr 2024-cü il tarixində Səbail rayonunda “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Səbail bələdiyyəsinin sədri
Hacı Əliyev, bələdiyyənin üzv və əməkdaşları iştirak etmişdir. Bununla yanaşı Badamdar bələdiyyəsinin
sədri Təzəxan Məmmədov və bələdiyyə qulluqçuları da aksiyada aktiv iştirak
ediblər.
Bildirilir
ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə
təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf
mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərə və ekoloji
maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Aksiya çərçivəsində 100 artıq zeytun ağacı əkilərək aqrotexniki qulluq göstərilib.
Rəylər
1 Rəy
Nəzakət Nərimanova
23-10-2024, 4 həftə əvvəl
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməyi ilə bağlı həyata keçirilən tədbirlərə Səbail Bələdiyyəsinin də qoşularaq keçirdiyi ağacəkmə aksiyaları, verdiyi töhfələr təqdirəlayiqdir. Səbail Bələdiyyəsinə uğurlar arzulayıram!
Cavabla