Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-09-2024 , 15:06

688

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Şəhid ailələrinin  sosial müdafiəsinin təşkili  sistemli və ardıcıl xarakter daşımaqdadır

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsi hesab olunur. Birbaşa Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident  xanım Mehriban Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. 

Dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Dövlətimiz və qədirbilən xalqımız hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğı ilə seçilir. 

Cənab Prezidentin tapşırığı ilə bütün sahələrdə həmçinin yerli idarəetmə orqanları tərəfindən mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri operativ şəkildə həll olunur.

Paytaxtın mərkəzi rayonu olaraq Səbail rayonunda bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq proqramlar qəbul edilir, layihələr icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər xüsusi diqqətdə saxlanılır.

Səbail bələdiyyəsinin son 5 illik fəaliyyətinə nəzər salsaq bələdiyyənin illik xərclərinin 10 faizini bu həssas məsələyə ayrıldığını aydın görmək mümkündür. 

2020-2024-cü illər ərzində Səbail bələdiyyəsi tərəfindən 1-ci Qarabağ müharibəsinin şəhidlərinə: Əliyev Camal, Məmmədov İsrail ,  Xəlilov İsmayıl, Fəman Qurbanov, Elşən İsmayılov , Ələsgərov Fikrət, Mustafayev Faiq , Əsgərov Cəbrayıl , Daşdəmirov Əmirxan, Nəsirov Azər, Mehdiyev Hüseyn , Həzrətquliyev Fikrət, Əliyev Etibar, Həsənov İlham, Əliyev Etibar, 2-ci Qarabağ müharibəsinin şəhidlərinə: Şükürlü Nicat, Tağıyev Əli, Hüseynov İsmayıl, Ağayev Cavidan, Əliyev Fərid, Budaqov Yusif , Tarverdiyev Nicat , Nağıyev Əli, Qənbərov Bilal, Məmmədli Cəmil, Qurbanov Murad və 20 yanvar şəhidi Məmmədova Larisanın xatirələrinin əbədiləşdirilməsi üçün baralyeflər və xatirə lövhələri quraşdırılmışdır.

2021-ci ildən bəri cari ilin bugünki gününədək Səbail bələdiyyəsinin üzv və qulluqçuları mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların problemləri ilə yaxından maraqlanır, xalqımızın milli bayramlarında, anım və əlamətdar günlərdə onlara maddi və ərzaq yardımları təqdim olunur, habelə onların müraciətlərinə əsasən evləri təmir işləri aparılır, həyətyanı sahələrinə asfalt örtükləri çəkilir.  

Bir sözlə, Səbail bələdiyyəsi tərəfindən şəhid ailələrinin  sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımaqdadır.

Hacı Əliyev

Səbail bələdiyyəsinin sədri 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər