Balaxanı bələdiyyəsində "15 sentyabr -Bilik Günü" münasibətilə tədbir keçirilib
Bu gün Sabunçu rayonu Balaxanı bələdiyyəsində "15 sentyabr -Bilik Günü" münasibətilə qəsəbə ərazisində yaşayan aztəminatlı ailərindən olan uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.
Belediyye.infonun məlumatına görə, tədbiri giriş sözü ilə bələdiyyə sədri Bahadur Haşımov açaraq məktəbliləri və onların valideynlərini təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan danışan bələdiyyə sədri gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, sağlam dünyagörüşlü vətəndaşlar kimi formalaşmasının dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən valideynlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir çərçivəsində Balaxanı qəbəsəsindəki 4, 69, 259 saylı tam orta məktəblərdə təhsil alan səkkiz ailənin16 üzvünə məktəb ləvazimatları təqdim olunub.
Belediyye.info
Rəylər
0 Rəy