Hacı Əliyev: “Səbail bələdiyyəsi olaraq əsas vəzifəmiz vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir”
“Azərbaycan
Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər
yerində olduğu kimi, Səbail rayonunda da təmiz və abad həyətlərin yaradılması,
yaşıllıqların bərpası, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin
olunması istiqamətində görülən işlər davam etdirilir”- bu fikirləri Səbail bələdiyyəsinin
sədri Hacı Əliyev bildirib.
Sədrin
sözlərinə görə, sakinlərin istək və arzularına uyğun olaraq, Səbail RİH-in təşəbbüsü
ilə hazırda rayonda bir sıra küçələrdə abadlaşdırma işləri aparılmaqdadır.
Belə
ki, rayonun Gülbala Əliyev küçəsi 19, dalan 1.2.3 ünvanına asfalt vurulub.
Bununla yanaşı 20 sahə, Salyan yolu küçəsi 16-da abadlıq işləri
aparılmışdır. Görülən işlərdən sakinlər razılıqlarını ifadə ediblər.
Sədr bildirib ki, Səbail bələdiyyəsi olaraq əsas vəzifəmiz vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir. Məhz bələdiyyə tərəfindən atılan addımlar bu prinsipə uyğun olaraq atılır.
Belediyye.info
Rəylər
1 Rəy
Turqay Qasımov
31-08-2024, 2 ay əvvəl
Əla, bu cür tədbirlərin həyata keçirilməsi alqışa layiqdir!
Cavabla