“Bu gün Ulu
öndər Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir,
formalaşır, Azərbaycanın ictimai-siyası və sosial-iqtisadi həyatında öz
mövqeyini durmadan möhkəmləndirir”- bu fikirləri Suraxanı rayonu Qaraçuxur
bələdiyyəsinin səri İxtiyar Nəcəfov bildirib.
Sədr
bildirib ki, 2024-cü ilin altı ay ərzində Qaraçuxur Bələdiyyəsinin 9 ümumi
iclası keçirilmişdir. İclasların gündəliyinə 28 məsələ salınmışdır. Həmin
məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma
və sair məsələlər olmuşdur.
İxdiyar
Nəcəfov qeyd edib ki, keçən altı ay ərzində əsasən quruculuq-abadlıq işləri,
sosial yönümlü işlər, məhəllədaxili yolların abadlaşdırılması, məhəllələrdə
abadlıq işlərinin aparılması, park və xiyabanlarda yaşıllıqların qorunması və
artırılması, inzibati ərazidə ekoloji
vəziyyətin yaxşılaşdırması eləcə də
bələdiyyənin balansında olan park və xiyabanların abadlıq, təmizlik,
yaşıllaşdırma və yeni ağac tinglərinin
əkilməsi işləri yerinə yetirilmişdir.
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq
Qaraçuxur bələdiyyəsinin 2024-cü ilin altı ayı ərzində gördüyü işləri
diqqətinizə çatdırıram.
1. 31
saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasının seçki məntəqələrinə gedən
yollarda asfalt örtüyünün çəkilməsi.
2. Yeni
Günəşli “Ana-bala parkı”nda aqlay daşın vurulması.
3. Yeni
Günəşli “Ana-bala parkı”nda tametin döşənməsi.
4. Yeni
Günəşli “Ana-bala parkı”nda bardürun düzülməsi.
5. Qaraçuxur
qəsəbəsi, R.Əlicanov küçəsində məhəllədaxili yollarda asfalt örtüyünün
çəkilməsi.
6. Qaraçuxur
qəsəbəsi, Mədən küçəsində məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi.
7. Yeni
Günəşli “D” yaşayış sahəsi, bina 2 ünvanının qarşısında qurumuş Qovaq ağacların götürülməsi.
İxdiyar
Nəcəfov daha sonra qeyd edib ki, yerli vergi və ödənişlərin toplanması
məsələsində vergi ödəyiciləri ilə münasibətlərin qurulması və təbliğat işinin
gücləndirilməsi hesabına keçən 6 ay ərzində bələdiyyə büdcəsinə toplanan vəsait
gəlirlər 183.779 manat, xərclər isə 179809 manat təşkil edib.
İxdiyar
Nəcəfov torpaq və əmlak vergiləri ilə
bağlı sakinlərin maarifləndirilməsi
vergi yığımının artırılması yönündə böyük təsiri olduğunu bildirib.
Əvvəlki illərlə müqayisədə dayanacaqlara görə yerli büdcəyə ödənilməli olan ödənişlərin azaldığını qeyd etdi. Bu azalmaların həm obyektiv, həm də subyektiv səbəblərdən olduğunu qeyd etməklə həmin sahələrdə işləri daha da gücləndirilməyi, aidiyyatı üzrə qanunvericilik tələblərini geniş izah edilməsinə ehtiyac var.
Belediyye.info
Rəylər
0 Rəy