Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-09-2026 , 11:55

162

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ramana qəsəbəsində abadlıq işləri davam etdirilir

Sabunçu rayonu, Ramana bələdiyyəsi tərəfindən qəsəbənin abadlaşdırılması, küçə və məhəllələrin ümumi görünüşünün yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu günlərdə qəsəbənin Qara Qarayev və Əmrulla Əliyev küçələrində abadlıq işləri həyata keçirilib.  Aparılan işlər çərçivəsində qəsəbənin adıçəkilən küçələrdə abadlıq və təmizlik işləri həyata keçirilmiş, sakinlər üçün daha əlverişli şəraitin yaradılmışdır.

Ramana bələdiyyəsinin sədri Çingiz Məmmədov Belediyye.infoya bildirib ki, əsas məqsəd qəsəbənin abad və səliqəli görünüşünün təmin edilməsi, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və sakinlərin müraciətlərinə uyğun olaraq zəruri işlərin həyata keçirilməsidir.

“Ramana qəsəbəsinin daha abad, təmiz və rahat yaşayış məkanına çevrilməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Sakinlərin rahatlığı və qəsəbənin inkişafı bizim üçün əsas prioritetlərdəndir”, – deyə Çingiz Məmmədov qeyd edib.

Bələdiyyə tərəfindən abadlıq işlərinin qəsəbənin digər ərazilərində də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər