Nailə Nəsirova: “Zabrat bələdiyyəsi Sabunçu RİH tərəfindən həyata keçirlən layihələrə öz dəstəyini göstərməkdədir”
“Bu gün bələdiyyənin əsas vəzifəsi seçicilərin qaldırdığı problemlərin həllinə vaxtında nail olmaqdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.
Sədr deyib ki, güclü yağışın fəsadlarını aradan qaldırmaq üçün
bələdiyyə olaraq öz töhfəmizi verməyə çalışmışıq. Molla Vəli
Vidadi, Tofiq Quliyev küçələrində 840 kv.m əraziyə, Mirvari Dilbazi küçəsində
isə 790 kv.m əraziyə asfalt qırıntısı tökülərək hamarlanmış, sakinlərin və avtomobillərin
hərəkəti üçün yararlı vəziyyətə gətirilmişdir.
Görülmüş
işlər çərçivəsində məhəllədaxili yol xüsusi texnikalar vasitəsilə hamarlanmış, çökəklik
və çuxurlar karbonat və çınqıl materialları ilə doldurularaq möhkəmləndirilmiş,
yol səthi bərabərləşdirilərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Sədr bildirib ki, Zabrat bələdiyyəsi vətəndaş müraciətlərinə daim həssas yanaşaraq qəsəbənin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir və fəaliyyəti ilə Sabunçu RİH tərəfindən həyata keçirilən layihələrə öz dəstəyini göstərməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy