Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-07-2026 , 23:16

82

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: Zabrat bələdiyyəsi Sabunçu RİH tərəfindən həyata keçirlən layihələrə öz dəstəyini göstərməkdədir”

“Bu gün bələdiyyənin əsas vəzifəsi seçicilərin qaldırdığı problemlərin həllinə vaxtında nail olmaqdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.

Sədr deyib ki, güclü yağışın fəsadlarını aradan qaldırmaq üçün  bələdiyyə olaraq  öz töhfəmizi verməyə çalışmışıq. Molla Vəli Vidadi, Tofiq Quliyev küçələrində 840 kv.m əraziyə, Mirvari Dilbazi küçəsində isə 790 kv.m əraziyə asfalt qırıntısı  tökülərək hamarlanmış, sakinlərin və avtomobillərin hərəkəti üçün yararlı vəziyyətə gətirilmişdir.

Görülmüş işlər çərçivəsində məhəllədaxili yol xüsusi texnikalar vasitəsilə hamarlanmış, çökəklik və çuxurlar karbonat və çınqıl materialları ilə doldurularaq möhkəmləndirilmiş, yol səthi bərabərləşdirilərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.

Sədr bildirib ki, Zabrat bələdiyyəsi vətəndaş müraciətlərinə daim  həssas yanaşaraq qəsəbənin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir və fəaliyyəti ilə Sabunçu RİH tərəfindən həyata keçirilən layihələrə öz dəstəyini göstərməkdədir.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
3195