Bələdiyyə sədri: “İnteqrasiya bələdiyyənin yerli büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsinə geniş imkanlar yaradır”
“Yeni Suraxanı bələdiyyəsinin 2024-cü ilin 9
ayı ərzində yerli büdcəsinin gəlirləri ümumilikdə, 60.809 manat olmuşdur ki, ondan 3607 manat
torpaq vergisi, 49.502 manat əmlak vergisi və 7700 manat dövlət büdcəsindən dotasiya
təşkil etmişdir. Yerli büdcə gəlirləri vergi ödənişləri üzrə 35,0% icra
olunmuşdur”- bu fikirləri
Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi sədrinin
vəzifəsini müvəqqəti icra edən Fuad Rəhimov bildirib.
Sədrin sözlərinə görə, ötən dövrdə büdcə xərcləri
isə 59.845 manat olmuşdur ki, ondan bələdiyyə qulluqçularının əmək haqlarının
ödənilməsinə ümumilikdə, 38.047 manat, (o cümlədən, əmək haqqına əlavə
mükafatın ödənilməsinə 4480 manat), DSMF-na (md.s.s haqqı, işsizlikdən sığorta,
icbari tibbi sığorta haqları) 19.368 manat, maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılması üçün audit xidmətləri haqqı üzrə
borcun ödənilməsinə 2000 manat, işçilərin icbari həyat sığorta haqqı
üçün 93 manat
və digər xərclərə isə 337 manat vəsait xərclənmişdir.
Sədr qeyd edib ki, uzunmüddətdir ki, bir çox hesablaşma hesabının DSMF-na olan sərəncam borcu ilə əlaqədar dondurulması bələdiyyənin fəaliyyətinə müəyyən məhdudiyyətlər yaradır. Belə ki, bələdiyyə büdcəsi yerli büdcə hesab olunduğu səbəbindən yerli vergi ödəyicisi kimi uçota alınmış vətəndaşlar tərəfindən büdcəyə maliyyə vəsaitinin hissə-hissə daxil olması, daxil olmuş vəsaitin isə hissəvi olaraq yalnız bələdiyyə qulluqçularının əmək haqqısına və ödənilmiş əmək haqqına nisbətdə DSMF-nun sərəncam borcuna silinməsi mümkün olur.
Bu da yerli büdcənin xərc istiqamətlərinin icra edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş tövsiyə məktublarında bələdiyyənin yerli əhəmiyyətli məsələlərin həll edilməsi istiqamətində fəaliyyətini qeyri-mümkün etsə də, maksimum dərəcədə debitor-kreditor borclarının azaldılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət sənədlərinin alınması ilə bağlı Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) inteqrasiya edilmiş yeni xidmətdən istifadə edərək hazırda maliyyə çətinliyi keçirdiyi dövrdə bələdiyyənin yerli büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi və sosial, iqtisadi-inkişaf məsələlərin həll edilməsi üçün geniş imkanlar yaradır. Debitor borcların ödənilməsi və bələdiyyə büdcəsinə əlavə gəlir mənbələrinin cəlb edilməsi məqsədi ilə qəsəbə üzrə yeni vergi ödəyicilərinin uçota alınması istiqamətində işlər uğurla davam etdirilir.
Sədr növbəti ilin büdcəsinin bələdiyyə komissiya
iclasında müzakirə edildiyini və bələdiyyə iclasına müzakirəyə çıxarılmasını
tövsiyə edib:
“Bələdiyyənin maliyyəsinin əsasları
haqqında” Qanuna müvafiq olaraq Yerli
büdcə və iqtisadi inkişaf daimi komissiyası üzvləri, vergi şöbəsi və müfəttişləri
tərəfindən bələdiyyənin növbəti 2025-ci
il üçün büdcə layihəsi müzakirə edilərək, bələdiyyə üzvlərinin ümumi iclasında
təsdiq olunması tövsiyə olunmuşdur. Növbəti ilin büdcə layihəsi bələdiyyə
üzvlərinin 28 oktyabr 2024-cü il tarixli 26 saylı iclas qərarı ilə təsdiq
edilmişdir.
Bələdiyyənin 2025-ci il üzrə büdcə gəlirləri torpaq vergisi 31709 manat, əmlak
vergisi 120391 manat, dövlət büdcəsindən dotasiya üzrə 8000 manat təsdiq
olunmuşdur.
Büdcə xərcləri gəlincə isə əməyin
ödənişi üzrə 80560,0 manat, təsərrüfat, kommunal-kommunikasiya xidmətləri üzrə
1500,0 manat, ”Yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramları”nın
maliyyələşdirilməsi üçün xərclər 76500 manat, bələdiyyə yollarının saxlanması və
cari təmiri üçün 35500 manat, abadlaşdırma işlərinin görülməsinə 31000 manat, digər xərclər üçün isə
1540 manat maliyyə vəsaitinin xərclənməsi
nəzərdə tutulmuşdur.
2025-ci il üçün nəzərdə
tutulan gəlirlər və xərclər növbəti il
üçün bələdiyyəmizin fəaliyyətinin əsasını təşkil etməklə, bələdiyyənin öz fəaliyyətini
həmin büdcəyə uyğun qurulması üçün nəzərdə tutulan vergilər üzrə daxilolmaların
işinə Yerli büdcə və iqtisadi inkişaf daimi komissiyası və vergi şöbəsi tərəfindən ciddi nəzarət
olunaraq, büdcə xərclərinə bələdiyyənin
mühasibatlığı tərəfindən nəzarət edilməli, maksimum dərəcədə kreditor
borclarının azaldılması üçün daxil olmuş
vəsaiti qanunvericiliyə uyğun olaraq bölüşdürməli və ödənişi həyata keçirməsi
tapşırılmışdır”
Sədr sonda qeyd edib ki, növbəti büdcə
ilində Yeni Suraxanı bələdiyyəsi
maliyyə çətinliyi dövrünü geridə qoymaqla, yerli əhalinin sosial-iqtisadi, ekoloji və sairə yerli
məslələrin həllində fəal iştirakı istiqamətində müsbətə doğru addımlar atmağa nail olacaqdır.
Rəylər
0 Rəy