Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-09-2024 , 22:17

760

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Şəhid və qazi ailələrinə Zabrat bələdiyyəsi bu layihələri icra etməklə dəstək verib (hesabat)

2020-ci ildə :

 Zabrat bələdiyyə üzvlərinin 30 oktyabr  2020-ci il tarixli iclasının 12 saylı protokolunun qərarı ilə Zabrat qəsəbəsi ərazisində 20 Yanvar küçəsində yerləşən 1 saylı və X.Vəliyev küçəsində yaerləşən 3 saylı qəqbiristanlıq ərazisində “ Şəhidlərin “ dəfni ilə əlaqədar sahənin və C.Naxçıvanskiy , F.Salmanov və M.S.Ordubadi küçələrinin ümumilikdə 2400 metr uzunluğu və eni 7-8 mütr olan küçələrə daş-çınqıl tökülərək abadlaşdırılması məqsədi ilə bələdiyyə büdcəsindən 6000 ( altı min) manat vəsait xərclənmişdir.

Zabrat bələdiyyə üzvlərinin 25 dekabr  2020-ci il tarixli iclasının 15 saylı protokolunun qərarı ilə Zabrat qəsəbəsində yaşamış Şəhid İsmayılov Veys Əflatun oğlunun və Səttarov Emin Ramin oğlunun qırx mərasimləri ilə bağlı onların valideynlərinin yaşadıqları H.Seyidbəyli və eyni zamanda C.Məmmədqulizadə və S.Cəfərov küçələrində  gediş-gəlişin normal təmin olunması məqsədi ilə daş-çınqıl tökülərək abadlaşdırılması üçün bələdiyyə büdcəsindən 3600 (üç min) manat vəsait xərclənmişdir.

 -Zabrat bələdiyyə üzvlərinin 30 noyabr 2020-ci il tarixli iclasının 13 saylı protokolunun qərarı ilə Şəhid Adilov Şirəli İlham oğlunun qırx mərasiminin keçirilməsi üçün bələdiyyə büdcəsindən 250 (iki yüz əlli) manat məbləğində maddi köməklik göstərilmişdir.

 2021-ci ildə :

 Zabrat bələdiyyə üzvlərinin 24 iyun  2021-ci il tarixli iclasının 11 saylı protokolunun qərarı ilə Zabrat qəsəbəsində yaşamış Vətən Müharibəsi Şəhidi Muradov Siyavuş Akif oğlunun xatirəsini əbədiləşdirmək üçün Babək küçəsi 11B –nin qarşısında ucaldılmış “Abidə Bulaq” kompleksinin ətrafının abadlaşdırılması məqsədi ilə (150-200kvm asfalt örtüyünün vurulması, 60-80 metr divar örtüyünün suvanaraq rənglənməsi və divar boyunca gül dibçəklərinin yaradılması) bələdiyyə büdcəsindən 3660 (üç min altı yüz altmış) manat vəsait xərclənmişdir.

Zabrat bələdiyyə üzvləriniin 23 dekabr  2021-ci il tarixli iclasının 26 saylı protokolunun qərarı ilə Zabrat Qəsəbəsi Ə.Əlizadə küçəsində Vətən Müharibəsi Şəhidi Nağıyev Elfaq Azad oğlunun xatirəsinə inşa olunmuş “Xatirə Bulaq” kompleksinin yaxınlığında məişət tullantıları üçün meydançanın tikilməsinə,  X.Vəliyev küçəsində 3 saylı qəbiristanlığın 60 metr açıq sahəsinin daş hasarla hörülməsi  və Ş.Mehdiyev və S.Orucov küçəsi 4-cü döngədə 750 metr yolların daş-çınqıl tökülərək abadlaşdırılması üçün bələdiyyə büdcəsindən 6425 (altı min dörd yüz iyirmi beş) manat vəsait xərclənmişdir.

 Zabrat bələdiyyə üzvlərinin 20 sentyabr  2021-ci il tarixli iclasının 19 saylı protokolunun qərarı ilə Zabrat qəsəbəsi X.Vəliyev küçəsində yerləşən 3 saylı qəbiristanlıqda dəfn olunmuş Şəhidlərimiz Əliyev Saleh Namiq oğlu və Nəsirov Əfqan Ramil oğlunun xatirələrinin  daima yad edilməsi məqsədi ilə Şəhiglərin məzarı yanında Bələdiyyə tərəfindən “Xatirə Bulağı” tikilmişdir (şəhidlərin dəfn olunduğu yer daş hasara alınmış, aqlay daşla örtülmüş, ətrafına yaşıllıqlar salınmış, bulağın tikilməsi üçün 350-400 metr məsafədən su xətti çəkilmişdir) və bu bulağın tikilməsi üçün bələdiyyə büdcəsindən 3600( üç min altı yüz) manat vəsait xərclənmişdir.     

  -Zabrat bələdiyyə üzvlərinni 01 iyun 2021-ci il tarixli iclasının 09 saylı protokolunun qərarı ilə  “1İyun Uşaqların Hüquqlarının Müdafiəsi Günü “ münasibəti ilə Şəhid uşaqlarına hədiyyələrin alınması üçün bələdiyyə büdcəsindən 205(iki yüz beş) manat 0,20 (iyirmi) qəpik vəsait xərclənmişdir.

 -Zabrat bələdiyyə üzvlərinin 20 sentyabr 2021-ci il tarixli iclasının 19 saylı protokolunun qərarı ilə 2021-2022-ci il üzrə tədrisin başlanması ilə əlaqədar Şəhid uşaqlarına dərs ləvazimatları və məktəbli formasının alınması üçünü mumilikdə  bələdiyyə büdcəsindən 370 (üç yüz yetmiş) manat maddi köməklik göstərilmişdir.

-        Kazımlı Ərtoğrul Kamran oğlu - dərs ləvazimatı

-        Kazımlı Aydan Kamran oğlu    - dərs ləvazimatı

-        Əsgərli Sevgi Tural qızı           - dərs ləvazimatı və məktəbli forması

     -Zabrat bələdiyyə üzvlərinin 13 fevral 2021-ci il tarixli iclasının 02 saylı protokolunun qərarı ilə Vətən Müharibəsi Qazisi Muradov İbrahim Rəhman oğluna müalicəsinə kömək məqsədi ilə

 Bələdiyyə büdcəsindən 150 (bir yüz əlli) manat , Vətən Müharibəsi İştirakçısı Zeynalov Yunis Akif  oğluna müalicə-reabilitasiya üçün 150 (bir yüz əlli) manat və I qrup əlil Eyvazov Elgün İbrahim  oğluna ailə vəziyyəti ilə əlaqədar olaraq 100 (bir yüz) manat ,ümumilikdə bələdiyyə büdcəsindən

 400 (dörd yüz) manat madii köməklik göstərilmişdir.

     -Zabrat bələdiyyə üzvlərinin 04 noyabr 2021-ci il tarixli iclasının 23 saylı protokolunun qərarı ilə Qazi III qrup əlil Həsənov Ülvi Bəkir oğluna 200 (iki yüz) manat   manat maddi köməklik göstərilmişdir.

 2022-ci ildə

-Zabrat bələdiyyə üzvlərinin 22 fevral 2022-ci il tarixli iclasının 05 saylı protokolunun qərarı ilə Vətən Müharibəsi Şəhidi Əliyev(Pronin) Denis Aleksandroviçin bacısı Zabrat qəsəbəsi İslam Səfərli küçəsi ev 26C-də yaşayan Pronina Natalya Aleksandrovnaya ailə vəziyyəti ilə əlaqədar olaraq bələdiyyə büdcəsindən 150 (bir yüz əlli) manat maddi köməklik göstərilmişdir.

Zabrat bələdiyyə üzvlərinin 16 may  2022-ci il tarixli iclasının 11 saylı protokolunun qərarı ilə Zabrat X.vəiyev küçəsində yerləşən 3 saylı qəbiristanlıqda “Şəhidlər Xiyabanının” ətrafının 60 metr məsafənin asfaltlanması üçün 1944 (bir min doqquz yüz qıex dörd)manat vəsait xərclənmişdir.

Zabrat bələdiyyə üzvlərinin 23 iyun  2022-ci il tarixli iclasının 15 saylı protokolunun qərarı ilə Zabrat

Qəsəbəsi X.Vəliyev küçsində 3 saylı qəbiristanlıqda yerləşən “Şəhidlər Xiyabanı”nda  dəfn olunmuş 2-ci Qarabağ Vətən Müharibəsi Şəhidi Nəsirov Əfqan Ramil oğlunun nəqşinin çıxarılaraq, BŞİH-ti və ƏVXT-nin nümayəndələrinin iştirakı ilə anasının xahişi ilə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn edilmişdir.Şəididn nəşi çıxarılarkən orada xeyli sahə sınıb dağılmışdır. (məhəccər,döşəmə,plitələr) bu işlərin bərpası üçün 1400 (bir min dörd yüz) manat vəsait xərclənmişdir.

2023-cü ildə :

  Zabrat bələdiyyə üzvlərinin 01avqust  2023-cü il tarixli iclasının 26 saylı protokolunun qərarı ilə Zabrat

Qəsəbəsi Vətən Müharibəsi Şəhidi Elfaq Nağıyevin adını daşıyan küçənin 343 kv.m yolun asfaltlanması üçün 4116 (dörd min yqz on altı) manat vəsait xərclənmişdir.

 Zabrat bələdiyyə üzvlərinin 25 dekabr  2023-cü il tarixli iclasının 45 saylı protokolunun qərarı ilə Zabrat qəsəbəsi Şəhid Kamran Qasımov küçəsinin təxminən 110 metr məsafəsinin yol yatağına daş-çınqıl tökülərək bərkidilməsi və asfaltlanması üçün bələdiyyə büdcəsindən 6756 (altı min yeddi yüz əlli altı) manat vəsait xərclənmişdir.

Zabrat bələdiyyə üzvlərinin 23 oktyabr  2023-cü il tarixli iclasının 34 saylı protokolunun qərarı ilə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Zabrat qəsəbəsi Vidadi küçəsində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidə ətrafında 200 ədəd yaşıl Şam ağacının əkilməsinə bələdiyyə büdcəsindən  2170 (iki min yüz yetmiş) manat vəsait xərclənmişdir.

-Zabrat bələdiyyə üzvlərinin 22 iyun 2023-ci il tarixli iclasının 21 saylı protokolunun qərarı ilə Zabrat qəsəbəsi ərazisində yaşayan 16 Şəhid və 20 Qazi ailəlrinə “Qurban Bayramı” münasibəti ilə qurban paylarının çatdırılması üçün bələdiyyə büdcəsindən 2900 (iki min doqquz yüz ) manat vəsait xərclənmişdir.

 -Zabrat bələdiyyə üzvlərinin 22 iyun 2023-ci il tarixli iclasının 21 saylı protokolunun qərarı ilə Zabrat qəsəbəsi ərazisində yaşayan 7 nəfər Şəhid övladlarına “1 İyun Uşaqların Hüquqlarının Müdafiəsi

Günü” münasibəti ilə onlara bayram hədiyyələrinin alınması üçün bələdiyə büdcəsindən 560 (beş yüz altmış) manat vəsait xərclənmişdir.

-Zabrat bələdiyyə üzvləriniN 13 sentyabr 2023-ci il tarixli iclasının 29 saylı protokolunun qərarı ilə Vətən Müharibəsi Şəhidi Kazımov Kamran Qurban oğlunun həyat yoldaşı Kazımova Şəhla Həsənqulu qızına ailə vəziyyəti ilə əlaqədar olaraq bələdiyyə büdcəsindən 200 (iki yüz) manat madii köməklik göstərilmişdir.

2024-cü ildə :

 -Zabrat bələdiyyə üzvləriniN 11 mart  2024-cü il tarixli iclasının 09 saylı protokolunun qərarı ilə Qəsəbə ərazisində ya.ayan 16 Şəhid, 29 Qazi və 10 aztəminatlı ailəyə “Novruz Bayramı” paylarının çatdırılması məqsədi ilə 1940 (bir min doqquz yüz qırx) manat vəsait xərclənmişdir.

  -Zabrat bələdiyyə üzvlərinin 30 mayt  2024-cü il tarixli iclasının 17 saylı protokolunun qərarı ilə Qəsəbə ərazisində yaşayan 7 nəfər Şəhid övladlarının “1 İyun Uşaqların Hüquqlarının Müdafiəsi Günü” bayram münasibəti ilə onlara bayram hədiyələrinin alınması üçün 1604 (bir min altı yüz dörd) manat 0,72 (yetmiş iki) qəpik vəsait xərclənmişdir.

 -Zabrat bələdiyyə üzvlərinin 13 iyun  2024-cü il tarixli iclasının 19 saylı protokolunun qərarı ilə Qəsəbə ərazisində yaşayan 28 Şəhid, 21 Qazi və 25 aztəminatlı ailələrə “Qurban Bayram” paylarının çatdırılması üçün 4218 (dörd min iki yüz on səkkiz) manat vəsait xərclənmişdir.

 -Zabrat bələdiyyə üzvlərinin 13 iyun  2024-cü il tarixli iclasının 19 saylı protokolunun qərarı ilə Vətən Müharibəsi Şəhidi Muradov Siyavuşun atası Muradov Akif Yusif oğluna 150 (bir yüz əlli) manar maddi köməklik göstərilmişdir-

 Zabrat bələdiyyə üzvlərinin 02 avqust 2024-cü il tarixli iclasının 24 saylı protokolunun qərarı ilə Vətən Müharibəsi Qazisi Həsənov Ülvi Bəkir oğluna 150 (bir yüz əlli) manat maddi köməklik göstərilmişdir.

Sabunçu rayonu Zabrat bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər