Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-08-2024 , 20:35

1343

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 İxtiyar Nəcəfov: “Dayanacaqlara görə yerli büdcəyə ödənilməli olan ödənişlər azalıb”

“Bu gün Ulu öndər Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyası və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir”- bu fikirləri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin səri İxtiyar Nəcəfov bildirib.

Sədr bildirib ki, 2024-cü ilin altı ay ərzində Qaraçuxur Bələdiyyəsinin 9 ümumi iclası keçirilmişdir. İclasların  gündəliyinə 28 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

İxdiyar Nəcəfov qeyd edib ki, keçən altı ay ərzində əsasən quruculuq-abadlıq işləri, sosial yönümlü işlər, məhəllədaxili yolların abadlaşdırılması, məhəllələrdə abadlıq işlərinin aparılması, park və xiyabanlarda yaşıllıqların qorunması və artırılması, inzibati ərazidə ekoloji  vəziyyətin yaxşılaşdırması eləcə də  bələdiyyənin balansında olan park və xiyabanların abadlıq, təmizlik, yaşıllaşdırma  və yeni ağac tinglərinin əkilməsi işləri yerinə yetirilmişdir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Qaraçuxur bələdiyyəsinin 2024-cü ilin altı ayı ərzində gördüyü işləri diqqətinizə çatdırıram.

1. 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasının seçki məntəqələrinə gedən yollarda asfalt örtüyünün çəkilməsi.

2. Yeni Günəşli “Ana-bala parkı”nda aqlay daşın vurulması.

3. Yeni Günəşli “Ana-bala parkı”nda tametin döşənməsi.

4. Yeni Günəşli “Ana-bala parkı”nda bardürun düzülməsi.

5. Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsində məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi.

6. Qaraçuxur qəsəbəsi, Mədən küçəsində məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi.

7. Yeni Günəşli “D” yaşayış sahəsi, bina 2 ünvanının qarşısında qurumuş  Qovaq ağacların götürülməsi.

İxdiyar Nəcəfov daha sonra qeyd edib ki, yerli vergi və ödənişlərin toplanması məsələsində vergi ödəyiciləri ilə münasibətlərin qurulması və təbliğat işinin gücləndirilməsi hesabına keçən 6 ay ərzində bələdiyyə büdcəsinə toplanan vəsait gəlirlər 183.779 manat, xərclər isə 179809 manat təşkil edib.

İxdiyar Nəcəfov  torpaq və əmlak vergiləri ilə bağlı sakinlərin  maarifləndirilməsi vergi yığımının artırılması yönündə böyük təsiri olduğunu bildirib.

Əvvəlki illərlə müqayisədə dayanacaqlara görə yerli büdcəyə ödənilməli olan ödənişlərin azaldığını qeyd etdi. Bu azalmaların həm obyektiv, həm də subyektiv səbəblərdən olduğunu qeyd etməklə həmin sahələrdə işləri daha da gücləndirilməyi,  aidiyyatı üzrə qanunvericilik tələblərini geniş izah edilməsinə ehtiyac var. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər