Ağaəli Məsimov: “Əldə olunan vəsait sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir”
“Bələdiyyələrin Vahid İnformasiya Sistemi”nin yaratdığı imkanlardan istifadə etməklə büdcə gəlirlərini artırmağa çalışırıq. Əgər doqquz ay ərzində büdcə gəlirlərində 16,03 faiz artım qeydə alınmışdısa, on ayın sonunda bu göstərici 22 faizə çatıb. Bir ay ərzində əldə olunan altı faizlik artım kollektivimizin birgə səyi nəticəsində mümkün olub.
Bu fikirləri Belediyye.info saytına Sabunçu rayonu Kürdəxanı
bələdiyyəsinin sədri Ağaəli Məsimov bildirib.
Sədrin sözlərinə görə, ötən ilin on ayı ərzində 123.728
manat büdcə gəliri əldə edildiyi halda, cari ilin eyni dövründə bu rəqəm 150.851
manata çatıb.
Hazırda vergi xidməti bələdiyyənin vergi-uçot sistemindəki
boşluqların aradan qaldırılması, eləcə də vergi ödəyiciləri barədə məlumatların
dəqiqləşdirilməsi istiqamətində iş aparır. Nəzərə alınmalıdır ki, növbəti ildən
etibarən vergi ödəyicilərinə bildirişlər onlayn qaydada göndəriləcək.
Sədr vurğulayıb ki, əldə olunan vəsait, nəticə etibarilə,
sakinlərin qaldırdıqları problemlərin həllinə yönəldilir.
Əhalinin həssas təbəqəsinə maddi dəstəyin göstərilməsi, həmçinin
şəhid və qazi ailələrinin sosial-məişət qayğılarının həlli istiqamətində
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə mütəmadi olaraq layihələr həyata
keçirilir.
Bununla yanaşı, məhəllədaxili küçələrdə yaranan problemlərin
həlli də bələdiyyə tərəfindən həyata keçirilir. Sakinlərin müraciəti əsasında
Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsində, 113 saylı məktəbin qarşısında
kanalizasiya lyukunda yaranmış problem bələdiyyənin dəstəyi ilə aradan
qaldırılıb.
Ağaəli Məsimov daha sonra qeyd edib ki, qəsəbənin inzibati ərazisi daxilində vətəndaş məmnunluğunun təmin olunması üçün kollektiv bütün gücü ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy