Hacı Əliyev: “Səbail Bələdiyyəsində büdcə gəlirlərinin artırılması və maliyyə dayanıqlığının gücləndirilməsi əsas prioritetlərdəndir”
Səbail Bələdiyyəsində 2027-ci il üzrə büdcə layihəsinin hazırlanması, maliyyə resurslarından səmərəli istifadə olunması və yerli büdcənin gəlir imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Bu
barədə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.
Onun
sözlərinə görə, büdcə planlaşdırılmasının əsas məqsədi bələdiyyənin maliyyə
dayanıqlığını gücləndirmək, əhalinin sosial rifahına xidmət edən layihələrin həyata
keçirilməsini təmin etmək, eləcə də ərazidə abadlıq və quruculuq işlərini davam
etdirməkdir.
Hacı
Əliyev qeyd edib ki, 2027-ci il üzrə büdcə layihəsinin hazırlanması zamanı ərazidə
abadlıq və quruculuq işlərinin aparılması, yolların və səkilərin təmiri,
kommunal və sosial yönümlü tədbirlərin maliyyələşdirilməsi, aztəminatlı ailələrə
sosial dəstəyin göstərilməsi, habelə bələdiyyənin fəaliyyətinin təmin olunması əsas
xərc istiqamətləri kimi nəzərdə tutulur.
Bələdiyyə
sədri vurğulayıb ki, yerli büdcə gəlirlərinin artırılması məqsədilə vergi
bazasının genişləndirilməsi, mövcud vergi və ödənişlər üzrə uçot sisteminin təkmilləşdirilməsi,
vergi ödəyiciləri ilə işin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi
istiqamətində tədbirlər davam etdirilir.
O
bildirib ki, 2025-ci ilin və 2026-cı ilin ilk on ayının büdcə göstəricilərinin
müqayisəli təhlili gəlirlərin artım dinamikasının qorunduğunu göstərir. Belə
ki, 2025-ci ilin yanvar–oktyabr aylarında büdcə gəlirləri 1.307.231 manat,
2026-cı ilin müvafiq dövründə isə 1.383.801 manat təşkil edib. Nəticədə büdcə
daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 76 569 manat və ya 5,86
faiz artıb.
“Büdcə
gəlirlərinin əsas hissəsi fiziki şəxslərin əmlak və torpaq vergiləri,
mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan
ödənişlər, nəqliyyat vasitələrinin dayanacaqlarından daxilolmalar, bələdiyyə
mülkiyyətinin icarəsindən əldə olunan vəsaitlər və digər yerli gəlir mənbələri
hesabına formalaşır. Xüsusilə əmlak və torpaq vergiləri üzrə daxilolmalarda
müşahidə olunan artım ümumi büdcə göstəricilərinə müsbət təsir göstərir”, – deyə
Hacı Əliyev bildirib.
Bələdiyyə
sədri vergi və digər ödənişlərin yığımının daha səmərəli təşkilində rəqəmsal
texnologiyaların əhəmiyyətini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Bələdiyyələrin
Vahid İnformasiya Siteminin (BVİS) imkanlarından geniş istifadə olunur. Eyni
zamanda, elektron icra proqramının tətbiqi vergi öhdəliklərinin izlənilməsinə,
borcların ödənilməsi ilə bağlı tədbirlərin operativ həyata keçirilməsinə və
büdcə daxilolmalarının artırılmasına müsbət təsir göstərir.
Hacı
Əliyev vurğulayıb ki, qarşıdakı dövrdə də Səbail Bələdiyyəsinin əsas hədəfi
yerli büdcənin gəlir potensialını gücləndirmək, maliyyə resurslarının səmərəli
idarə olunmasını təmin etmək və əhalinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına yönəlmiş layihələrin icrasını davam etdirməkdir.
“Bizim əsas məqsədimiz mövcud maliyyə imkanlarından düzgün və səmərəli istifadə etməklə bələdiyyənin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ərazidə abadlıq və quruculuq işlərinin genişləndirilməsinə, sakinlərin sosial rifahının yüksəldilməsinə töhfə verməkdir”, – deyə bələdiyyə sədri əlavə edib.
Belediyye.info
Rəylər
0 Rəy