Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2026 , 17:52

194

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Milli Məclis üzvü həm də Buzovna bələdiyyəsinə təşəkkürünü bildirib


“Buzovna qəsəbəsinin aşağı məhəllə hissəsində qrunt sularının yaratdığı problemlərlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin, Dövlət Su Ehtiyatları Agentliyinin, Buzovna Bələdiyyəsinin rəsmiləri, eləcə də yerli sakinlərin iştirakı ilə görüş keçirdik”- bu barədə məlumatı öz sosial media platformasında Milli Məclisin üzvü Soltan Məmmədov yazıb.

Milli Məclis üzvü daha sonra qeyd edib ki, görüş zamanı mövcud vəziyyət, problemin həlli üçün zəruri işlərin sürətləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Operativ reaksiyaya, dəstəyə və problemin aradan qaldırılması üçün öz imkanlarını səfərbər etdiyi üçün yerli sakinlərə, Xəzər Rayon İcra Hakimiyyətinə, Dövlət Su Ehtiyatları Agentliyinə və Buzovna Bələdiyyəsinə öz təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, həyata keçirilən birgə və koordinasiyalı tədbirlər nəticəsində mövcud problem tezliklə öz həllini tapacaq.

Məsələyə münasibət bildiriən Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov Belediyye.infoya açıqlamasında bildirib ki, qəsəbənin Əziz Mirəhmədov küçəsində 520 metlik məsafədə 300 mm boru  xəttinin çəkilişi həyata keçirilir. Buzovna bələdiyyəsi olaraq bizdə bu işdə öz dəstəyimizi göstəririk. 

Sədr qeyd edib ki, Milli Məclisin üzvü Soltan Məmmədovun, Xəzər RİH-lə bərabər hər zaman yanımızda olması bələdiyyə olaraq fəaliyyətimizə əlavə stimul verir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər