Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2026 , 00:06

268

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Son dörd il ərzində əmlak vergisinin həcmini iki dəfəyə yaxın artırmışıq”


“Bələdiyyə vətəndaşın üzləşdiyi hər bir  problemin həllinə maraqlı olmalı və  bunun üçün  ilk növbədə büdcə gəlirlərinin  artımını diqqət mərkəzində saxlamalıdır”- bu fikriləri Belediyye.infoya  Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədrin sözlərinə görə, kollektivin və bələdiyyənin vergi xidmətinin birgə səyi ilə cari ilin yanvar ayında büdcə gəlirlərinin  həcmini 2023-cü illə müqayisədə 104 faiz artırmağa nail olmuşuq.

Belə ki, yenilənmiş BAMS proqramının verdiyi imkandan tam yararlanan bələdiyyənin vergi xidməti əgər 2023-cü ilin yanvar ayı ərzində 14.900 manat əldə etmişdirsə, bu rəqəm cari ilin yanvarında artıq 30.500 manata çatıb. Əldə olunan vəsaitin 25.661 manatı isə əmlak vergisindən daxil olub.

Sədr qeyd edib ki, son dörd il ərzində əmlak vergisinin həcmi 2023-cü illə müqayisədə 184 faiz artmışdır.

Bu gün bələdiyyənin əsas məqsədi vətəndaşın qaldırdığı hər bir problemin həllinə operativ şəkildə nail olmaqdır. Odur ki, əldə etdiyimiz hər bir maliyyə vəsaiti sonda vətəndaşın probleminin həllinə yönəldilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər