Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-05-2024 , 22:38

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıt bələdiyyəsi yeni layihəyə start verib

Doğma şəhərimiz Sumqayıt gündən - günə çiçəklənir, inkişaf edir. Hara baxırsan yalnız quruculuq, abadlıq işləri göz oxşayır. Şəhər sanki geniş bir tikinti, abadlıq meydançasını xatırladır. Sumqayıt hazırda özünün qızıl dövrünü yaşayır desək, yəqin ki, yanılmarıq.

Bu quruculuq işlərinə Sumqayıt  Bələdiyyəsi də öz töhfəsini verməkdədir.  Bələdiyyənin fəaliyyət istiqamətinin əsasını hər zaman şəhər sakinlərinin rahatlığı tutub. Sumqayıt bələdiyyəsi həyata keçirdiyi bütün işlərdə öncə vətəndaş məmnuniyyəti və rahatlığını ümdə vəzifə kimi göz önündə tutub. 

Cari ilin 3 ayı ərzində şəhər ərazisində ümumi asfaltlamaya 13 min 985 kv.m asfalt sərf edilib.

Sumqayıt Bələdiyyəsi artıq 2024 -cü ilin sosial -iqtisadi planlamasına uyğun olaraq əməli işlərə başlayıb. Belə ki, sakinlərin rahatlığının təmini üçün Xəzər bağları yaşayış massivindəki Murovdağ və Nəsimi küçələrinə  asfalt örtüyü çəkilir.  Xəzər bağlarındakı geniş miqyaslı asfaltlama tədbirlərinin  ardınca 16, 20 və 21 -ci mikrorayonların problemli yollarının asfaltlanması nəzərdə tutulub.

Sumqayıt  Bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər