Sumqayıt Bələdiyyəsi daha bir layihəyə yekun vurub
Sumqayıt Bələdiyyəsi şəhərdə daha bir layihəyə yekun vurub. Bu barədə məlumat Belediyye.infoya adıçəkilən bələdiyyədən daxil olub. Məlumatda bildirilir ki, Sumqayıt Bələdiyyəsi bələdiyyə iclasının qərarıyla şəhər ərazisində lazımı küçələrin asfaltlaşma işlərini davam etdirir.
Sakinlərin müraciətini nəzərə alaraq Xəzər bağları yaşayış massivində olan Lütfiyar İmanov küçəsinin xeyli bir hissəsinə asfaltın salınması başlanıb.
Sumqayıt Bələdiyyəsi ilin sonunadək şəhərin bir sıra küçəsində asfalt salınmasıənıdavam etdirəcəkdir.
Belediyye.info