Sumqayıt bələdiyyəsi “Mirlər MM” MMC-ni məhkəməyə verib
Sumqayıt Bələdiyyəsi “Mirlər MM” MMC-ni məhkəməyə verib. Bununla bağlı Belediyye.infoya açıqlama verən adıçəkilən bələdiyyənin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə “Mirlər MM” MMC-nin onlarla bitən icarə müqaviləsini uzatmaqdan boyun qaçırdığını və ödənişdən imtina etdiyini söyləyib.
Sədr açıqlamasında bildirib ki, "MMC-ni məhkəməyə ona görə vermişik ki, nə müqavilənin vaxtını uzadırlar, nə də ki ödəniş edirlər və üstəlik bələdiyyə torpaqlarından da istifadə edirlər. Bu kimi haqlı səbəblərlə əlaqədar olaraq onları məhkəməyə vermişik. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlmişik.
Valyuta.az xəbər verir ki, bələdiyyənin iddiasına Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Fərman Həmidlinin icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsinə dair mübahisələrdən ibarətdir.
Əldə etdiyimiz məlumata görə, şirkət torpaq sahəsi icarəyə götürüb. Bələdiyyə “Mirlər MM” MMC-nin müqavilə öhdəliklərinə əməl etmədiyini düşünür.
Belediyye.info
Rəylər
0 Rəy