Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-05-2026 , 11:16

109

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Atatürkü Anma, Gənclik və İdman bayramında Sumqayıt bələdiyyəsinin nümayəndə heyəti də iştirak edib

Türkiyənin  Samsun şəhərində 19 may Atatürkü Anma, Gənclik və İdman bayramında Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov başda olmaqla bələdiyyənin nümayəndə heyəti də iştirak edib.

Bu barədə məlumatı Samsun Valiliyi yayıb. Valiliyin sosial media platformalarında paylaşdığı məlumatda bildirilir ki, “19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı tədbirləri çərçivəsində, 1919 metr uzunluğunda şanlı Türkiyə bayrağımnı əks etdirən Bayraq və Fənər Paradında  vali Orhan Tavlı, Küveytin Fərvaniyyə valisi Şeyx Əsbi Nasir Əl-Əsbi Əl-Sabah, Azərbaycanın Sumqayıt Bələdiyyəsinin sədi Adil Xudadatov, Bosniya və Herseqovina Brçko Regional Məclisinin sədri Damir Bulçeviç, Qarnizon komandiri, veteran general-mayor Davut Ala, Samsun Böyükşəhər meri Halit Doğan, Ondokuz Mayıs Universitetinin rektoru, professor Dr. Fatma Aydın, Türkiyə Müharibə Veteranları Dərnəyinin Samsun şöbəsinin rəhbəri  Əhməd Diril, Azərbaycan, Küveyt və Bosniya və Herseqovinadan gələn digər rəsmi qonaqlar, qəhrəman veteranlar, protokol üzvləri və hər yaşdan olan vətəndaşlarımızın iştirakı ilə böyük coşğu ilə keçirildi.”

Məlumatda bildirilir ki, Bayraq və Fənər Yürüşü İstiqlal Meydanında Jandarma Baş Komandanlığının Mehteran Orkestrinin konserti ilə başa çatıb.

Valiliyin paylaşdığı digər bir məlumatda bildirilir ki, Sumqayıt bələdiyyəsinin nümayəndə heyətinin  Valilikdə vali Orhan Tavlı və Samsun Böyükşəhər Bələdiyyə sədri Halit Doganı ziyarət ediblər.

Keçirilən görüşlərdə Sumqayət bələdiyyəsinin sədri  Adil Xudadatov, Bələdiyyənin Büdcə Məsələləri Daimi Komissiyasının sədri Akif Kərimov, Bələdiyyə üzvü Akif Şahbazov, Bələdiyyənin şöbə müdiri Şıxəli Abbasov və Samsun Böyükşəhər Bələdiyyəsinin Baş katibinin müavini Necmi Çamaş iştirak edib.

Görüşlərdə “Bir Millət, İki Dövlət” olaraq əməkdaşlığı daha da artırmaq üçün görülə biləcək işlərin müzakirə edildiyi qeyd edilib.

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramınız mübarək!

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz