Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-04-2026 , 01:15

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıt bələdiyyəsinin əldə etdiyi vergilərin həcmi  ümumi bələdiyyələrin büdcə gəlirlərinin 35 faizini təşkil edib

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Sumqayıt şəhərində formalaşan 3 bələdiyyənin büdcə gəliri 3.923.000 manat olub. 2024-ci ildə bu rəqəm 3.131.300 manat olmuşdu.  Bu isə o deməkdir ki, 2024-cü illə müqayisədə 2025-cü ildə Sumqayıt şəhərində  formalaşan 3 bələdiyyənin büdcə gəliri 25.3 faiz artıb.

Əldə edilən gəlirin 32.2 faizi yerli vergilərdən, 67.8 faizi isə rüsumlardan daxil olub. Ümumi  büdcə gəlirinin 8.1 faizi torpaq, 24.1 faizi əmlak vergisindən daxil olub.

Belediyye.infonun əldə etdiyi məlumata görə, il ərzində Sumqayıt şəhərində  formalaşan üç  bələdiyyənin əmlak vergisinin həcmi 76.3 faiz, torpaq vergisinin həcmi isə 7.5 faiz artıb.

Sumqayıt bələdiyyələrinin büdcə gəlirinin 57.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Sumqayıt  bələdiyyələri ötən il bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi ümumi büdcə gəlirinin 27.7 fazini təşkil edib. Bu da ötən illə müqayisədə 77.2 faiz artıq deməkdir. Bununla yanaşı il ərzində Sumqayıt bələdiyyələrinə 336.9   manat dotasiya ayrılıb.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 21.300 manat, avtodayanacaqlardan 6.700 manat bələdiyyə büdcəsinə vəsait daxil olsa da , bununla yanaşı  bələdiyyə müəssisələrinin mənfəət vergisindən, habelə  daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Əlavə edək ki, artıq ikinci dəfədir ki, büdcə daxilolmalarına görə şəhər bələdiyyələri arasında Sumqayıt bələdiyyəsi birinci yerə sahiblənib. Sumqayıt bələdiyyələrinin əldə etdiyi büdcə gəlirlərinin 94 faizi məhz şəhər bələdiyyəsinin payına düşür.

Bununla yanaşı şəhər bələdiyyəsinin ötən il əldə etdiyi  əmlak və torpaq vergisinin həcmi 1.204.245 manata bərabər olub ki, bu da ümumrespublika göstəricisinin 35 faizi deməkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz