Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-03-2026 , 10:09

321

Son xəbərlər

Bütün xəbərlər

Bu yol bələdiyyələri uğura apara bilər 

Elmi-Praktik Məsələlər
23-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Adil Xudadatov: “Əgər biz bələdiyyəni işlək bir mexanizmə çevirmək istəyiriksə, onun üzləşdiyi problemlərin həllinə də hər birimiz öz töhfəmizi verməliyik”


“Nazirlər Kabineti tərəfindən “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” ilə bağlı qərarın təsdiq edilməsi bütovlükdə bələdiyyə sisteminə göstərilən növbəti bir diqqətdir. Bundan əvvəl isə dövlət başçısının  imzası ilə təsdiq edilən  dəyisikliyə əsasən bələdiyyələrin vahid informasiya sisteminin qanunvericiliklə dövlət informasiya sistemi kimi müəyyənləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli təşkili və bələdiyyə idarəçiliyinin rəqəmsallaşdırılması baxımından çox mühüm addımdır” - bu fikirləri Belediyye.infoya Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.

Adil Xudadatov  bildirib ki, təsdiq edilən qərarın icrası nəticə etibari ilə bələdiyyələrin yerlərdə çəki və nüfuzunun artmasına öz müsbət təsirini göstərmiş olacaq. Xatırladaq ki,  son bir neçə il ərzində bələdiyyələrin büdcə gəlirlərinin artırılması, üzləşdikləri problemlərin həlli ilə bağlı Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun danılmaz xidməti vardır. Məhz bələdiyyələrlə iş sektorunun təşəbbüsü ilə   BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi həyata keçirilmiş, o cümlədən BAMS-proqramı dah da təkmilləşdirilmişdir.

Etiraf edilməlidir ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin təşkilatçılğı ilə həyata keçirilən bu layihələr bələdiyyələrin üzləşdiyi problemlərin həllinə həm də təkan verməkdədir.

Ancaq o da etiraf edilməlidir ki, bələdiyyələrin əmlakla bağlı  həllini gözləyən bir sıra ciddi məsələləri də vardır. Ötən ildən icrasına start verilən  əmlakın qiymətləndirilməsi ilə bağlı proseslərdə süni şəkildə yaradılan problemlərin mövcudluğu, bələdiyyə mülkiyyətinin tanıtdırılması ilə bağlı problemlərin olmasını müvafiq qurumların özləri də etiraf edir. Bu günədək mülkiyyətə əmlakın və torpağın verilməməsi, xəritələrin təsdiq edilməməsi bütün bələdiyyələri narahat edən məsələlərdəndir. Məhz xəritələrin təsdiq edilməməsi səbəbindən bələdiyyələrə reklam və avtomobil dayanacaqlarından daxil olan ödənişlərin səviyyəsi az qala sıfıra bərabərdir. Əgər biz bələdiyyənin işlək bir mexanizmə çevirmək istəyiriksə, onun üzləşdiyi problemlərin həllinə nail olmalı, hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Bununla da bələdiyyənin büdcə gəlirlərinin artırmaqla həm də vətəndaş məmnunluğunun təmin edilməsinə yardımçı oluruq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz