Xızı bələdiyyələri hansı səbəbdən ötən il mehmanxana rüsumunu toplaya bilməyib?
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata
görə, 2023-ci ildə Xızı rayonunda
formalaşan 12 bələdiyyənin büdcə gəliri 172.400 manat olub. Bu 2022-ci llə müqayisədə 15
faiz az deməkdir. Belə
ki, 12 bələdiyyənin 2022 ci ildə əlıdə etdiyi maliyyə vəsaitinin həcmi 203.100 manat olmuşdu.
Əldə edilən gəlirlirin 27.7 faizi vergilərdən, 72.3 faizi isə rüsumlardan
olub. Büdcə gəlirinin 19.7 faizi
torpaq, 8.0 faizi əmlak vergisindən daxil olub. Xızı bələdiyyələrinin büdcə gəlirin 51.9 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
daxil olan
ödənişin həcmi 4.400 manat olub. Ötən il ərzində 12 bələdiyyəyə daxil
olan maliyyə yardımının həcmi 200 manat
olub.
Xızı
bələdiyyələrinə il ərzində bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən, mehmanxana, tuizm,
kurort-sanatoriya xidmətlərindən və
avtodayanacaqlardan Xızı bələdiyyələrinin büdcəsinə maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy