Şabanlı bələdiyyəsi yeni layihələrin icrasına başlayıb
“Şabanlı
bələdiyyəsi tərəfindən kənddaxili yolların təmirinə başlanılıb”- bu barədə məlumat
adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyənin
yaydığı məlumatda bildirilir ki, vətəndaşlar tərəfindən Çəlilabad rayonu Şabanlı bələdiyyəsinə ödənilən vergi və
rüsumlardan daxil olan vəsait hesabına və bir qrup kənd sakininin köməkliyi ilə
Qasımbəyli kəndində kənddaxili yollarda təmir işlərinə başlanılıb.
Hazırda
Qasımbəyli kəndində kənddaxili yollarda yararsız suötürücü boruların müxtəlif
diamterli dairəvi beton suötürücü borularla dəyişdirilməsi işləri yerinə
yetirilir.
Yaxın
günlərdə Şabanlı bələdiyyəsi tərəfindən kənddaxili yollara çınqıl materialının
döşənməsi işlərinə başlanılacaqdır.
Rəylər
0 Rəy