Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2023 , 14:02

1643

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ağdaş bələdiyyələri 3.400 manatlıq avtodayanacaq rüsümu toplayıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Ağdaş rayonunda formalaşan 26 bələdiyyənin büdcə gəliri 475.600 manat olub. Bu 2021-ci llə müqayisədə 26.3  faiz çoxdur.

Əldə edilən gəlirin 37.7 faizi vergilərdən, 62.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 28.2 faizi torpaq, 9.5 faizi əmlak vergisindən daxil olub.

 Ağdaş bələdiyyələrinin büdcə gəlirinin 47.7 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

 Ağdaş bələdiyyələri ötən il 150.600 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 91.1 faiz çox deməkdir.  İl ərzində  Ağdaş bələdiyyələrinə 59.700 manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 100 manat, avtodayanacaqlardan isə 3.400 manat maliyyə vəsaiti daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
521