Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2023 , 08:26

1625

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Lənkəran  bələdyyələri 84.500 manatlıq əmlak vergisi toplaya biliblər

Lənkəran  bələdyyələri 84.500 manatlıq əmlak vergisi toplaya biliblər

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Lənkəran  rayonunda formalaşan 34 bələdiyyənin büdcə gəliri 377.600 manat olub. Bu 2021-ci llə müqayisədə 4.5 faiz çoxdur.

Əldə edilən gəlirin 39.8 faizi vergilərdən, 61.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.5 faizi torpaq, 22.4 faizi əmlak vergisindən daxil olub.

Lənkəran  bələdiyyələrinin büdcə gəlirinin 30.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Lənkəran  bələdiyyələri ötən il 59.500 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 11.8 faiz çox deməkdir.  İl ərzində Lənkəran  bələdiyyələrinə 101.200 manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə 2.400 manat maliyyə vəsait daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər