Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-10-2026 , 22:08

69

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: “Müasir texnologiyaların tətbiqi yerli büdcə gəlirlərinin artırılmasına mühüm töhfə verəcəkdir”

 Saatlı bələdiyyəsində vergi inzibatçılığının təkmilləşdirilməsi və yerli büdcə gəlirlərinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu dəfə suallarımızı Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov cavablandırıb.

-  Bələdiyyənin vergi xidməti büdcə daxilolmalarının artırılması üçün hansı addımları atır?

- Saatlı Bələdiyyəsinin vergi xidməti yerli büdcə daxilolmalarının artırılması, vergi bazasının genişləndirilməsi və vergi uçotunun dəqiqləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Bu məqsədlə torpaq və əmlak vergisi üzrə məlumatlar dəqiqləşdirilir, daşınmaz əmlakların uçotunun təkmilləşdirilməsi və vergi ödəyiciləri haqqında məlumatların aktuallığının təmin edilməsi istiqamətində müvafiq işlər görülür.

Eyni zamanda, vergi borcu olan vətəndaşlara SMS vasitəsilə bildiriş və xəbərdarlıqlar göndərilir. Vergi ödəyicilərinin öhdəlikləri barədə vaxtında məlumatlandırılması, ödəniş intizamının gücləndirilməsi və vergi uçotunun düzgün aparılması yerli büdcə gəlirlərinin artırılmasına xidmət edən əsas tədbirlərdəndir.

Əsas məqsədimiz mövcud vergi potensialından səmərəli istifadə etmək, vergi bazasını dəqiqləşdirmək və bələdiyyənin maliyyə imkanlarını gücləndirməkdir.

-  Son iki ildə hansı yeniliklər tətbiq edilib?

-  Son iki ildə Saatlı Bələdiyyəsinin vergi xidmətində rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsinə və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Bu istiqamətdə tətbiq olunan əsas yeniliklərdən biri vergi borcları barədə SMS bildirişlərinin göndərilməsidir. Bu üsul vətəndaşlarla operativ əlaqə qurmağa, məlumatlandırma prosesini sürətləndirməyə, kağız daşıyıcılardan istifadənin azaldılmasına, eləcə də vaxt və əmək sərfinə qənaət etməyə imkan verir.

Bununla yanaşı, vətəndaşlara məxsus daşınmaz əmlaklar üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlər müvafiq informasiya bazasından ödənişli əsaslarla əldə edilir və həmin məlumatlar Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) bazasına daxil olunur. Xüsusilə 2026-cı il ərzində bu istiqamətdə işlər intensivləşdirilib, əmlak məlumatlarının dəqiqləşdirilməsinə və vergi uçotunun təkmilləşdirilməsinə diqqət artırılıb.

Digər mühüm yenilik BAMS sisteminin imkanlarından istifadə etməklə vətəndaşların öz adlarına rəsmiləşdirilmiş mobil telefon nömrələrinin müəyyənləşdirilməsidir. Bu, əlaqə məlumatlarının dəqiqləşdirilməsinə və vergi ödəyicilərinin SMS vasitəsilə daha operativ məlumatlandırılmasına şərait yaradır.

Həyata keçirilən tədbirlər vergi inzibatçılığının səmərəliliyinin artırılmasına, məlumat bazasının təkmilləşdirilməsinə və vətəndaşlarla kommunikasiyanın daha çevik təşkilinə xidmət edir.

-  2027-ci ildən vergi bildirişlərinin elektron qaydada təqdim edilməsi ilə bağlı hansı addımlar atılıb və ya atılacaq?

- Vergi bildirişlərinin elektron qaydada təqdim edilməsinə keçidlə əlaqədar Saatlı bələdiyyəsində mövcud rəqəmsal imkanlardan istifadə olunur. Bu prosesin səmərəli təşkili üçün vergi ödəyicilərinə aid məlumatların, daşınmaz əmlakla bağlı qeydlərin və əlaqə vasitələrinin dəqiqləşdirilməsinə xüsusi diqqət yetirilir. Əmlak məlumatlarının BAMS sisteminə daxil edilməsi və mobil telefon nömrələrinin müəyyənləşdirilməsi elektron məlumatlandırma mexanizminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Növbəti mərhələdə elektron bildirişlərin təqdim edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, məlumat bazasının daim yenilənməsi və vətəndaşların yeni qaydalar barədə məlumatlandırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Elektron bildiriş sisteminə keçidin əsas məqsədi kağız sənədləşməni minimuma endirmək, inzibati xərcləri azaltmaq, vaxta qənaət etmək və vətəndaşların vergi öhdəlikləri barədə vaxtında məlumatlandırılmasını təmin etməkdir. Bununla yanaşı, elektron məlumatlandırmanın ödəniş intizamının gücləndirilməsinə və yerli büdcə daxilolmalarının artırılmasına müsbət təsir göstərəcəyi gözlənilir.

Saatlı bələdiyyəsi bundan sonra da rəqəmsallaşma imkanlarından səmərəli istifadə etməklə vergi uçotunun təkmilləşdirilməsi, şəffaflığın artırılması və yerli özünüidarəetmənin maliyyə imkanlarının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. İnanırıq ki, müasir texnologiyaların tətbiqi, vergi ödəyiciləri ilə əlaqələrin gücləndirilməsi və uçot sisteminin təkmilləşdirilməsi yerli büdcə gəlirlərinin artırılmasına və bələdiyyə xidmətlərinin daha səmərəli təşkilinə mühüm töhfə verəcək.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz