Günel Ağayeva: “İcra edəcəyimiz layihələrin hər biri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq öz təsdiqini tapır”
“Bələdiyyə olaraq əldə etdiyimiz büdcə gəlirlərinin köməyi ilə inzibati ərazi daxilindəki kəndlərdə abadlıq, habelə yollarda cari təmir işlərinin aparılmasını həyata keçiririk. Ancaq icra edəcəyimiz layihələrin hər biri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq öz təsdiqini tapır”-bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədr qeyd edib ki, iyul-avqust aylarında Nohurqışlaq kəndində məhəllədaxili yollarına çınqıl tökülərək
yayılmış, ərazilər bərk məişət tullantılarından təmizlənmiş, həmçinin Tüntül kəndindəki
Beylas qəbirstanlığında abadlıq-təmizlik işləri həyata keçirilmişdir.
Hər zaman olduğu kimi, bu dəfə də bələdiyyənin həyata
keçirdiyi bu layihə sakinlər tərəfindən razılıqla qarşılanmışdır.
Bununla yanaşı bələdiyyə əhalinin həsas qurupuna aid olan, həmçinin
ehtiyacı olan vətəndaşlara öz maddi dəstəyini hər zaman göstərməkdədir. Həyat
yoldaşını itirən Minayə Mustafayevanın ailəsinə 400 manat, Tüntül kən sakini Nəzakət
Abbasovaya 300 manat, həmçinin Tüntül kənd sakini Naribə Abbasovaya
150 manat, Yengicə kənd sakini, qazi Telman Nuriyevə 150 manat, Nöhurqışlaq kənd
sakini Zəfər Əmrahova 100 manat həcmində maddi yardım göstərilmişdir.
Sədr qeyd edib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi
bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir. Və bu gün
Nöhurqışlaq bələdiyyəsi fəaliyyəti ilə buna çalışır.
Belediyye.info
Rəylər
0 Rəy