Bələdiyyənin iştirakı ilə kənddə abadlıq işləri həyata keçirilmişdir
“Quba rayonunun Qələdüz kəndində kənd sakinlərinin birgə dəstəyi, xüsusilə Küpçal-Dağlı bələdiyyəsinin və Atakişiyev Məhəmməd Nüsrət oğlunun təşəbbüsü ilə kənddə abadlıq işləri həyata keçirilmişdir. Görülən işlər çərçivəsində müəyyən ərazilərə çınqıl tökülmüş, daha sonra isə traktor vasitəsilə həmin sahələr hamarlanaraq istifadəyə yararlı hala gətirilmişdir”- bu barədə məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.
Sədr qeyd edib ki, əvvəllər hərəkət üçün çətinlik yaradan bu
yollar artıq xeyli yaxşılaşdırılmış, nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz
olmuşdur. Bu işlər kəndin ümumi abadlığına müsbət təsir göstərmişdir.
Küpçal-Dağlı bələdiyyəsi göstərilən dəstəyə görə bütün kənd
sakinlərinə təşəkkür edir və onları gələcəkdə də belə təşəbbüslərdə daha fəal
olmağa dəvət edir.
Belediyye.info
Rəylər
0 Rəy