Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-02-2026 , 09:51

585

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qanun qarşısında hamı bərabərdir! SƏDRDƏN SƏRT XƏBƏRDARLIQ

Ağcabədi Bələdiyyəsi olaraq bəyan edirik ki, yerli büdcə gəlirlərinin toplanması, vergi və rüsumların qanunauyğun şəkildə ödənilməsi hər bir sahibkarın və vətəndaşın dövlət qarşısında borcudur.

Lakin təəssüf hissi ilə bildiririk ki, bələdiyyəmiz tərəfindən həyata keçirilən vergi yığımları prosesində bəzi iri sahibkarlar tərəfindən bələdiyyə əməkdaşlarına və rəhbərliyinə qarşı qeyri-qanuni təzyiq göstərilməsi halları müşahidə olunur.

Xüsusilə qeyd etmək istəyirik:

2019-cu ildən bu günədək heç bir maliyyə hesabatı təqdim etməyən və vergi öhdəliklərindən yayınan subyektlərdən qanun çərçivəsində hesabat tələb etmək bələdiyyənin vəzifə borcudur.

Sahibkarı "incitmək" bəhanəsi altında dövlət büdcəsinə və yerli özünüidarəetmə orqanına ziyan vurmaq, hesabatlılıqdan yayınmaq qəbulolunmazdır.

Şəxsi maraqlarını qorumaq üçün dövlət məmurlarına qarşı şər və böhtan xarakterli kampaniyalara əl atan, hüquq-mühafizə orqanları adından istifadə etməklə hədə gəlmək vasitəsilə bələdiyyəyə təzyiq göstərməyə çalışan şəxslər bilməlidirlər ki, Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunur.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, şəffaflıq və intizam hər kəs üçün mütləqdir. Biz bələdiyyə olaraq heç bir qanunsuz müdaxilədən və şantajdan çəkinmədən, dövlətimizin büdcəsini və bələdiyyəmizin maraqlarını qorumağa davam edəcəyik.

Sakinlərimizin diqqətinə çatdırırıq ki, yığılan hər bir manat vergi məhz Ağcabədinin abadlığı və sosial rifahı üçün xərclənir. Qanundan yayınan deyil, qanuna tabe olan sahibkarlıq inkişaf etməlidir!

Hörmətlə,

İsmayıl Rəsulov.

Ağcabədi Bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər