Mingəçevir bələdiyyəsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhər günü” münasibətilə “Bələdiyyə Kuboku” uğrunda mini-futbol yarışı keçiriləcək.
Yarışlar 30–31 oktyabr 2025-ci il tarixlərində Mingəçevir şəhər stadionunda baş tutacaq. Turnirdə Uşaq-Gənclər İdman Mərkəzinin nəzdində fəaliyyət göstərən futbol komandaları iştirak edəcək.
Məqsəd — gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və şəhərdə futbolun inkişafına dəstəkdir.
Qaliblər Mingəçevir Bələdiyyəsi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Rəylər
0 Rəy