Tüləkəran bələdiyyəsi növbəti layihənin icrasına başlayıb
"Quba rayonu, Tüləkəran bələdiyyəsi tərəfindən illik fəaliyyət planına uyğun olaraq abadlıq və təmizlik işlərinin növbəti mərhələsinə başlanılmışdır".- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov bildirib.
Sədr qeyd edib ki, aparılan monitorinqlər zamanı sel və daşqınlar nəticəsində yararsız vəziyyətə düşmüş su ötürücüləri və su kanalları müəyyənləşdirilmişdır.
Bu günlərdə sü ötürücüləri, su kanalları və arxların əhalinin iştirakı ilə təmizlənməsi və bərpası işlərinə başlanılmışdır.
Qeyd olunan işlər mərhələli şəkildə il ərzində davam etdirilicəkdir.
Belediyye.info
Rəylər
0 Rəy