Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2024 , 11:00

1434

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bu həmdə ziyalıya verilən qiymətdir

M F.Dostoyevski yazırdı ki, dünyanı gözəllik xilas edəcək. Dahi yazıçının bu fikrində böyük bir həqiqət var. Fikrimcə, söhbət insanın daxili və xarici gözəlliyi ilə yanaşı, həm də həyata keçirdiyi gözəl addımlardan gedir.
Bu günlərdə təsadüfən şahidi olduğum bir hadisə məndə çox böyük bir təəsürat yaratmış oldu.
Dəyərli yazıçı Vidadi Babanlının qızı Leyli xanım əli hər yerdən üzüldükdən sonra Nərimanov bələdiyyəsinin şəhər nömrəsinə zəng edib, qarşılaşdıqları problemin həlli ilə bağlı yardım istəyir. Söhbət ondan gedir ki, yazıçının yaşadığı binanın istilik verilişi hansısa səbəbdən dayandırılıbmiş.
Hadisə barəsində məlumat alan sədr Təmraz Tağıyev dərhal müvafiq orqanların rəsmiləri ilə əlaqə saxlamaqla yanaşı, dəyərli yazıçını mənzilində yoxlamağa qərar verir. Həmdə vəziyyətin tezliklə düzələcəyini, istilik xəttində qəza verdiyini və az bir zaman kəsiyində problemin həll olunacağını söyləmək üçün. Qızı Leyli xanımın zəngindən yarım saat keçməmiş artıq yazıçının mənzilində maraqlı söhbət gedirdi. Mən bu hadisənin şahidi olmasaydım bəlkə də inanmazdım. Çünki indiki halda bəzi vəzifə sahibləri insanlarla birbaşa kontaktdan qaçır, yola verirlər. Bu da öz növbəsində müəyyən mənada narazı kütlənin yaranmasına bir növ rəvac verir.
Nə isə...
Sözümün cani ondadır ki, insanın daxili və xarici gözəlliyi onun atdığı addımlarla üst-üstə düşərsə cəmiyyətdə müsbət auranında faiz dərəcəsi artar və nəticədə insanlıq qazanar və ömrü uzanar. Bu addımın atılmasına 97 yaşlı yazıçının uşaq kimi necə sevdiyini şahidi olmaq isə ayrı bir aləm idi. Bu addımla yazıçının mənzilinin istilik verilməsə də, sanki gözlə görünməyən bir istilik gətirilmişdi. Elə bil dəyərli yazıçıya əlavə bir stimul vermişdi.
Bütün hallarda Nərimanov bələdiyyəsinin bu addımını indiki məqamda yerində atılmış təqdirəlayiq addım hesab etmək olar. Bu həmdə ziyalıya verilən bir qiymətdir.
VüqarTofiqli


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
232

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
414

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
527

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1682

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
455

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
437

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
506