MSK sədri: Bələdiyyə seçkilərində partiyaların iştirakı ilə bağlı iş aparmaq lazımdır
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov hesab edir ki, yanvarın 29-a təyin edilən yeni bələdiyyə seçkilərində partiyaların üzvləri fəal iştirak etməlidirlər.
“Report”un məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında sədr qeyd edib ki, bu istiqamətdə fəal olmaq lazımdır.
"Siyasi partiyaların seçkilərdə iştirakının üzərində dayanıram. Bu gündən o istiqamətdə fəal olmalısınız, partiyaların seçkilərdə iştirakı ilə bağlı iş aparmaq lazımdır", - o bildirib.
https://report.az/daxili-siyaset/msk-sedri-belediyye-seckilerinde-partiyalarin-istiraki-ile-bagli-is-aparmaq-lazimdir/
Rəylər
0 Rəy