Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-10-2024 , 16:18

520

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Adil Əhmədov: “BAMS proqramının təkmilləşdirilməsi və inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir”

“Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin təkmilləşdirilməsi, ən əsası BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətnin məlumat sisteminə inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin direktoru Adil Əhmədov deyib.

Adil Əhmədovun sözlərinə görə, hazırda BAMS proqramının üzərində işlər davam etdrilir və torpaq satışıyla bağlı bələdiyyələr tərəfindən Əmlak məsələləri Dövlət Xidmətnin müvafiq qurumlarından alınan rəylərin onlayn olması üçün də artıq proqram hazırdır və test rejimində sınaqdan uğurla keçib.

Düşünmək olar ki, ilin sonunadək bu layihənin təqdimatı keçirilə bilər. Nəticə etibarı ilə bəzi vacib rəyləri  onlayn formada alınması ilk növbədə bələdiyyə tərəfindən rast gəlinən vaxt itkisinin qarşısı alınacaq. Nəticə etibariylə bələdiyyə büdcəsinə daxil olmalı olan maliyyə vəsaiti də vaxtında daxil olacaq.

Adil Əhmədov inteqarsiyanın bələdiyyə büdcəsinə müsbət təsirini əyani şəkildə göstərmək üçün bəzi rəqəmləri də müqayisəli şəkildə açıqladı.

Belə ki, ölkə üzrə bələdiyyələrin vergi daxilolmaları üzrə 2022-ci ilin doqquz ayı üzrə üzrə 13.406.725 manat,  2023-ci ilin doqquz ayı üzrə üzrə 15.658.392 manat  (artım17%)  2024 -ci ilin doqquz ayı üzrə 19.143.719 (artım 22%) olub.  

Ölkə üzrə əmlak vergisi üzrə vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə 8.857.399 manat, 2023-ci ilin doqquz ayı üzrə üzrə  10.664.681 (artım20%), 2024-ci ilin doqquz ayı üzrə üzrə 13.756.542 manat (artım 29% ) təşkil edib.

Ölkə üzrə torpaq vergisi üzrə vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə  4.549.326 manat, 2023-ci ilin doqquz ayı üzrə üzrə  4.993.711 (artım10%), 2024-ci ilin doqquz ayı üzrə üzrə 5.387.177 manat (artım 8 %) təşkil edib.

Şəhər bələdiyyələrinin ümumi   vergi daxilolmaları üzrə 2022-ci ilin doqquz ayı üzrə üzrə 5.267.922 manat,  2023-ci ilin doqquz ayı üzrə üzrə  6.696.491 manat  (artım 27 %), 2024-ci ilin doqquz ayı üzrə 9.377.756 manat (artım 40 %) olub.  

Şəhər bələdiyyələrinin  əmlak vergisi üzrə ümumi vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə   4.431.336 manat, 2023-ci ilin doqquz ayı üzrə üzrə 5.478.400 manat (artım 24 %), 2024-ci ilin doqquz ayı üzrə üzrə 8.136.594 manat (artım 49 %) təşkil edib.

Şəhər bələdiyyələrinin  torpaq vergisi üzrə ümumi vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə  836.586 manat, 2023-ci ilin doqquz ayı üzrə 948091 (artım 13%),  2024-ci ilin doqquz ayı üzrə üzrə 1241162 (artım 31%) təşkil edib.

Ölkə qəsəbələrinin  vergi daxilolmaları üzrə 2022-ci ilin doqquz ayı üzrə üzrə   4750293 manat,  2023-ci ilin doqquz ayı üzrə 5125766 manat  (artım   8%), 2024-ci ilin doqquz ayı üzrə  5940066 (artım   16%) olub. 

Ölkə qəsəbələri üzrə əmlak vergisi üzrə vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə 3361871  manat,  2023-ci ilin doqquz ayı üzrə üzrə 3729135 (artım  11%), 2024-ci ilin doqquz ayı üzrə üzrə 4382005 (artım 18%) təşkil edib.

Ölkə qəsəbələri üzrə torpaq vergisi üzrə vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə  1388422 manat, 2023-ci ilin doqquz ayı üzrə üzrə 1396631 (artım 1%), 2024-ci ilin doqquz ayı üzrə üzrə   1558061 (artım 12%) təşkil edib.

Ölkə kənd bələdiyyələrinin ümumi vergi daxilolmaları üzrə 2022-ci ilin doqquz ayı üzrə üzrə   3361871 manat,  2023-ci ilin doqquz ayı üzrə 3729135  manat (artım  13%%), 2024-ci ilin doqquz ayı üzrə   3825897 (artım %) olub. 

Ölkə kənd bələdiyyələri üzrə əmlak vergisi üzrə vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə   1 064 191manat,  2023-ci ilin doqquz ayı üzrə üzrə 1 187 146 (artım 12%), 2024-ci ilin doqquz ayı üzrə üzrə  1 237 943 (artım 4%) təşkil edib.

Ölkə kənd bələdiyyələri üzrə torpaq vergisi üzrə vergi daxilolmaları 2022-ci ilin doqquz ayı üzrə üzrə  2 324 318manat, 2023-ci ilin doqquz ayı üzrə üzrə  2 648 988 (artım 14%), 2024-ci ilin doqquz ayı üzrə üzrə    2 587 954 ( artım % ) təşkil edib.

Adil Əhmədov son olaraq qeyd edib ki, hazıırda Adminstrasiyanin bələdiyyələrlə iş sektorunun, Bələdiyyələrlə iş Baş idarəsinin, milli bələdiyyə assosiasiyalarının  əsas vəzifəsi bələdiyyələrin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına çalışmaqla, həm də büdcə gəlirlərinin həcminin artımına nail olmaqdır.Göründüyü kimi,  qeyd edilən rəqəmlər artıq bu qurumlar tərəfindən həyata keçirlən  layihələrin düzgün istiqamətdə aparıldığından xəbər verir.

P.S. BAMS proqramına hələ qoşulmadığından Naxçıvan bələdiyyələrinin büdcə gəlirləri ümumi gəlirlərdə öz əksini tapmayıb. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
45

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
176

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
202

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
304

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
352

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
564