Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-09-2024 , 11:23

1051

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Fazil Mustafa: "Biz bu gün bələdiyyələri canlı bir orqanizmə çevirməliyik"  

Azərbaycanda bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ölkədə əhəmiyyətli siyasi yeniliklərin baş verəcəyi dövrə təsadüf edir. Son zamanlar ölkədə icra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr geniş vüsət alıb. Yeni idarəetmə modelinə keçid çərçivəsində, icra hakimiyyətlərinin ləğv edilərək onların yerinə bələdiyyə və digər yerli idarəetmə strukturlarının daha geniş səlahiyyətlər əldə edəcəyi gözlənilir. 

Bu dəyişikliklərin bələdiyyə seçkilərinə qədər həyata keçirilməsi ölkənin idarəçilik sistemində dərin islahatların başlanğıcını simvollaşdıracaq və idarəetmədə daha şəffaf bir dövrün açılmasına yol açacağı gözlənilir.

Qeyd etməliyik ki, Hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir.

Maraqlıdır, bələdiyyə seçkilərinə qədər icra hakimiyyətləri ləğv olunub, yerli idarəetmə strukturuna keçilə bilərmi?

Məsələ ilə bağlı danışan Milli Məclisin Vl     çağırış deputatı Fazil Mustafa News24.az-a bildirib ki, konkret olaraq Konstitusiyada bu məsələ göstərilib və dekabrda bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir:

“Bunda hər hansı dəyişiklik yoxdur. Bələdiyyə seçkilərinin təxirə salınması ilə bağlı da hər hansı stuasiya yaranmayıb. Amma bələdiyyələrin daha da dirçəlməsi nin icra hakimiyyətləri ilə heç bir əlaqəsi yoxdur. İcra hakimiyyətinin idarəçiliyinin zəiflədilməsi aşağı idarəetmələrdə böyük çətinliklər yaradıb. Əksinə biz bu gün bələdiyyələri canlı bir orqanizmə çevirməliyik. İcra hakimiyyəti orqanları və ya xüsui nümayəndəlik fəaliyyət göstərməlidir”.

Deputat qeyd edib ki, bələdiyyə özünüidarə qurumudur və onun icra hakimiyyətlərindən heç bir asılılığı yoxdur, sadəcə inzibati qaydada onlar verdiyi qərarlarla bağlı hesabat verməlidir: “İcra hakimiyyətlərinin ləğvi indiki vəziyyətdə çox böyük bir ziyan vura bilər. Zatən bəzi yerlərdə idarəetmə qarmaqarışıq vəziyyətn gəlib çıxıb.bələdiyyələrin müəyyən səlahiyyətləri genişləndirilməlidir.Sadəcə bəzi ziddiyətli məqamlar var, onlar da ortadan qaldırılmalıdır". 

Aqil Qarayev

https://news24.az/169287-azerbaycanda-novbeti-sechkilerin-tarixi.html

Rəylər

0 Rəy


Rəy yaz