Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-08-2024 , 23:30

1142

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanda bələdiyyələrin sayı daha da azaldılmalıdır!

Qarşıdan bələdiyyə seçkiləri gəlir. İlin sonunca ayında Azərbaycanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Bələdiyyələrin birləşməyə başladığı dövrdə səsvermənin keçirilməsi bu seçkilərə maraq oyadıb.

Bir müddət əvvəl “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklik edilib. Qanuna görə, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Modern.az-a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün "yaşıl işıq" yandırılıb:

“Bu gün Azərbaycanda 1606 bələdiyyə formalaşdırılıb. Hazırda bütün bələdiyyələrdə seçki prosesinə hazırlıq işləri gedir. Ölkəmizdə 25 ildir ki, bələdiyyə institutu formalaşdırılıb. Bələdiyyələr yarandığı gündən bir çox uğurlara imza atıblar: Bunlardan ən vacibi bələdiyyələrin cəmiyyətə bir qurum kimi tanınmasıdır. Bu günlər ərzində müəyyən qanunvericilik bazası hazırlanıb, fəaliyyət hüquqi normativ sənədlərlə tənzimlənib. Bütün bunlarla yanaşı müəyyən çətinliklər də hələ qalmaqdadır. Bəzi qurumların bələdiyyələrə münasibəti nəticəsində bələdiyyələr ciddi problemlərlə üz-üzə qalırlar. Bu problemlərin aradan qaldırılması ilə bağlı dövlət səviyyəsində addımlar atılıb. Maliyyə vəziyyətinin düzəlməsi, əmlak vergisinin yığılması və hesablanması, mülkiyyətə əmlak yaxud torpaq verilməsi, qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi kimi sahələrdə ciddi addımlar atılıb. Bunlar istənilən halda bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərən amildir”- QHT sədri qeyd edib.

QHT sədri qeyd edib ki, son bir neçə ildə bələdiyyə assosasiyalarının fəaliyyətinin aktivləşdirilməsi, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin təsis edilməsi nəticə etibarilə həm bələdiyyələrin nüfuzuna, həm də büdcə gəlirlərinə təsir edir.

"Bu gün Azərbaycan bələdiyyəsi müəyyən çətinliklərlə üz-üzə qalması səbəbindən üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirə bilmədiyi üçün və qanunvericilikdə müəyyən dəyişiklik edildi. Nəticə etibarilə əhali sayı 3000 və təsərrüfat sayı isə 1000-dən aşağı olan bələdiyyələr birləşməyə doğru gedəcəklər. Bu birləşmədən sonra mövcud olan 1606 bələdiyyənin sayı 50%-ə qədər enəcək. Sözsüz ki, bu addım bələdiyyənin maliyyəsinin mərkəzləşməsinə təsir edəcək. Burada eyni zamanda ştat sayının azaldılmasından əldə edilən vəsait ərazinin sosial problemlərinin həllinə yönəlmiş olacaq. Hər halda bu birləşdirmə bələdiyyələrin problemlərini müəyyən mənada azaldacaq”- o əlavə edib.

Müsahibimiz düşünür ki, bələdiyyə sayı daha da az olmalıdır:

“Perspektivdə bu sayın 400-500 olması məqsədəuyğundur. Bu sayın çox olması səbəbindən yaşanan çətinliklər də var. Xüsusən də Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə yaşanan problemlər öz həllini tapmalıdır. Güman edirəm ki, bununla bağlı addımlar atılacaq. Birləşmiş bələdiyyələr isə özünü sözsüz ki, doğruldacaq. Azərbaycan yeni dövrə yeni ideyalarla qədəm qoyur. Azərbaycan yeni dövrə qədəm qoyduğundan inanırıq ki, bələdiyyələr də yeni dövrə öz töhfələri ilə çıxış edəcək. Biz də vətəndaş olaraq seçdiyimiz bələdiyyə üzvləri barədə diqqətli olmalı və daha bacarıqlı olanlara səs verməliyik”- V.Tofiqli bildirib.

https://modern.az/olke/483177/azerbaycanda-belediyyelerin-sayi-daha-da-azaldilmalidir/

Rəylər

0 Rəy


Rəy yaz