Telman Süleymanov: “Məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu lazimi səviyyədə təmin etməkdir”
“Bu gün bələdiyyələrin, o cümlədən Şüvəlan bələdiyyəsinin üzləşdiyi problem və çətinlikllərin aradan qaldırılması üçün Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının, habelə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının və “Bələdiyyələrin Onlayn Xidmət” mərkəzi var gücü ilə çalışması da təqdirəlayiqdir. Ötən ilin sonlarından başlayaraq Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sisteminin (BAMS) Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə inteqrasiya olunması Şüvəlan bələdiyyəsinin büdcəsinin artımına səbəb olub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.
Sədrin sözlərinə görə, ötən ilin ilk altı ayı ərzində əgər Şüvəlan bələdiyyəsi 66.000 manat vergi toplaya bilmişdisə, cari ildə bu rəqəm 73.600 manatı keçib. Hələlik artım 9 faizə yaxınlaşıb. Ancaq bələdiyyənin vergi xidməti bu artımı 25 faizədək artırmaq niyyətindədir. Odur ki, bütün bələdiyyə qulluqçuları da vergi xidmətinin fəaliyyətinə dəstək verməklə artıma nail olmaq üçün var güclərini səfərbər etməkdədirlər.
Telman Süleymanov bildirib ki, əldə olunan maliyyə vəsaiti konkret olaraq qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy