Təmraz Tağıyev: “Müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması ilk növbədə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”
”1918-ci ilin 28 may tarixində müsəlman şərqində ilk
demokratik respublika Azərbaycanda
qurulub” – bu fikirləri Belediyye.infoya Nərimanov Bələdiyyəsinin sədri Təmraz
Tağıyev deyib.
Cümhuriyyətin tutduğu yol demokratik yol idi və atdığı addımlar da məhz bu prinsiplərdən
irəli gəlirdi. Bu yolda
atılan addımlar sayəsində ölkəmiz milli rəmzlərə və dövlət atributlarına
malik oldu. Xüsusi ilə vurğulanmalıdır ki, hələ
XX əsrin əvvələrində ölkəmizdə
vətəndaş məmnunluğu və hüquqları hər məqamdan uca tutulurdu.
O illərdə toplanılan zəngin təcrübə bu gün onun hüquqi
varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və sistemli şəkildə
inkişaf etdirilir.
Sədr açıqlamasında daha sonra qeyd edib ki, müasir Azərbaycanın müstəqilliyinin
qorunub saxlanılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində xalqımızın milli-mənəvi dəyərlərinin
müdafiəsi, ana dilimizin rolunun gücləndirilməsi, respublikamızın iqtisadi qüdrətinin artırılması istiqamətində
həyata keçirdiyi düşünülmüş siyasət cəmiyyətdə həm də milli duyğuların baş qaldırmasına səbəb oldu.
Və ən nəhayət 1990-cı ildə Naxçıvan parlamentində Heydər
Əliyevin sədrliyi ilə üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi
müstəqillik dövrü tariximizin ən qürurlu səhifələrindən biri kimi qəbul edilir. 1993-cü ildə xalqın tələbi ilə dahi şəxsiyyət
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlişindən sonra ölkəmiz siyasi durğunluqdan qurtuldu və inkişaf yolu tutaraq möhkəmləndi.
Təmraz
Tağıyev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
müstəqillik yolunda inamla
və iti addımlarla irəliləyir. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, dövlətimizin
suverenliyi Vətənimizin hər bir guşəsində təmin edilib. Hazırda cənab Prezident İlham Əliyevin gərgin
siyasi fəaliyyəti sayəsində Azərbaycan Qafqazda böyük söz sahibinə çevrilib.
Bu gün sözün həqiqi mənasında yüksək müstəqillik zirvəsində olan ölkəmizin inkişafına və çiçəklənməsinə hər birimiz öz töhfəmiz verməyə borcluyuq.
Belediyye.info
Rəylər
0 Rəy