Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-05-2024 , 10:34

4320

Son xəbərlər

Bütün xəbərlər

Azərbaycan arxeologiyasının mərifət zirvəsi

Azərbaycan Bələdiyyələri
17-08-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Arzu Məmmədov: “Bələdiyyə qulluqçularının  sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı təşkili  həmkarların qarşısında duran prioritet məsələlərdəndir”


 “Həmkarlar  ittifaqının üzvlərinin əmək hüquqlarının müdafiəsi, onlar üçün layiqli iş şəraitinin yaradılması, sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı təşkili həmkarlar təşkilatlarının  qarşısında duran prioritet məsələlərdir”- bu fikirləri Nəsimi Bələdiyyəsinin komissiya sədri, Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Nəsimi rayon təşkilatının sədri Arzu Məmmədov deyib.

Komissiya sədri açıqlamasında Ulu öndər Heydər Əliyevə istinadən  bildirib ki, “həmkarlar ittifaqlarının başlıca vəzifələrindən biri əmək adamlarının hüquqlarını və mənafeyini qorumaqdır.”

Rayon təşkilatları da həm üzvlük haqqlarının toplanılmasında, həm də üzvlərin sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı təşkilinə öz dəstəyini göstərməlidirlər. Biz də Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalovun təşəbbüsü və dəstəyi ilə şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, o cümlədən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə xüsusi qayğı  ilə yanaşır, lazımi maddi və mənəvi dəstəyi göstərməklə yanaşı kolektiv üzvlərini də unutmuruq. Bu istiqamətdə atılan hər bir addım Nəsimi Bələdiyyəsinin iclasında ilin əvvəlindən təsdiq edilmiş plana uyğun həyata keçirilir.  

Qeyd edək ki,  bir müddət əvvəl Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (BİHİ RK) Məclisi keçirilib.  BİHİ RK-nın sədri Məhərrəm Xəlilov öz ərizəsi əsasında vəzifəsindən ayrılıb və  Məclis üzvlərinin açıq səsverməsi ilə Qorxmaz Həsənov yekdilliklə BİHİ RK-nın sədri seçilib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Gündəlik Xəbərlər
18-08-2025
365

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025
641

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025
556

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
485

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
749

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
891

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
808

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
994