Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2024 , 10:05

5131

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Elsad Vəliyev: “ Ulu öndərin misilsiz xidməti sayəsində təşəkkül  tapmış ölkəmizin daha da qüdrətlənməsinə Xətai bələdiyyəsinin  kollektivi öz layiqli töhfəsini verməkdədir”

“Danılmaz bir faktdır ki, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması Ümummilli Lider, dahi  şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətidir. Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru bu gün də inamla addımlayır”- bu fikirləri Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.

Heydər Əliyev həm də  Azərbaycanda yerli özünüidarəetmənin banisidir. Çıxışlarınıın birində  Ulu öndər deyirdi: “Yerli özünüidarəetmənin səlahiyyətli, müstəqil orqanları demokratiyanın inkişaf şərti və eyni zamanda, dövlətin idarə edilməsində vətəndaşlar üçün imkanlar yaradılmasının göstəricisidir”.

Təsadüfi deyil ki, ölkəmizdə bələdiyyələrin hüquqi statusunun müəyyənləşdirilməsi ilk dəfə məhz Ulu Öndərin bilavasitə iştirakı və rəhbərliyi ilə qəbul edilib.  Ölkəmizdə ilk bələdiyyə seçkiləri keçirilənədək artıq yerli özünüidarə ilə bağlı hüquqi baza məhz Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq təsdiq edilib.

Elşad Vəliyev  daha sonra bildirib ki, Ulu öndər  əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi durğunluqdan, ağır vəziyyətdən  çıxarmaqla  öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oldu.

Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün əvəzsiz xidmətlərindən danışarkən Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundakı misilsiz fəaliyyətini xüsusi qeyd etməliyik.

Bu gün Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ən böyük ehtiram isə onun ideyalarının təcəssümü və çoxillik əməyinin bəhrəsi olan müstəqil Azərbaycanın daha da inkişafına xidmət etməkdir. Bu yolda Xətai bələdiyyəsinin  kollektivi bir yumruq kimi birləşərək bu əziz gündə ölkəmizin daha da qüdrətlənməsinə öz layiqli töhfəsini  verməkdədir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
741

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
819

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
723

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
895

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093