Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2024 , 19:27

2804

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Ağacəkmə aksiyası bələdiyyənin iştirakıyla keçirilib

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz töhfələrini verməkdədir. Hər il yaz və payız mövsümlərində bu istiqamətdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri görülür.

 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada ADSEA-nın, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Yaşıllaşdırma tədbirləri çərçivəsində MİDA yaşayış kompleksində, eləcə də Agentliyin idarə və müəssisələrində 1000-dən çox ağac əkilib. Həyata keçirilən aksiya zamanı ərazidə abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib.

 Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
215

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
413

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
517

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1674

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
455

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
436

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
506