Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-04-2024 , 00:03

3057

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Ötən il Qəbələ bələdiyyyələri 632 min manatlıq torpaq satışı həyata keçiriblər


Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə 

Qəbələ rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 1.141.400    manat olub. Bu 2022-ci illə müqayisədə 16.9 faiz çoxdur.  Qeyd edək ki, 2022-ci ildə Qəbələ bələdiyyələrinin büdcə gəlirlərinin həcmi  984.100 manat olumuşdur. 

Əldə edilən gəlirin 15.4 faizi vergilərdən, 84.6 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 11.4 faizi torpaq, 4.0 faizi əmlak vergisindən daxil olub. 

Qəbələ bələdiyyələrinin büdcə gəlirinin 65.1 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Qəbələ bələdiyyələri ötən il 632.900 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 59.2 faiz çox deməkdir.  Büdcə gəlirlərinin 55.4 faizi məhz bu istiqamətdən daxil olub İl ərzində Qəbələ bələdiyyələrinə 70.100 manat dotasiya ayrılıb. 

Qəbələ bələdiyyələrinin bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi  22 faiz azalıb.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 110.100 manat maliyyə vəsaiti daxil olub. 

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 126.600 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 9.000 manat maliyyə vəsaiti daxil olub. 

Qəbələ bələdiyələrinə bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
507

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
694

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
593

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
682

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2150

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
596

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
587

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
692