Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2024 , 18:06

3495

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sisteminin formalaşması dövründə Türkiyə təcrübəsindən istifadə olunub -Vüqar Tofiqli

Bazar günü Türkiyədə bələdiyyə seçkilərinə bloksuz getmiş Cümhuriyyət Xalq Partiyası (CHP) 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci yerə çıxaraq özü üçün tarixi “qələbə” qazanıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçki marafonunu ikinci yerdə başa vurdu və 22 illik iqtidarında ilk dəfə seçkilərdə məğlub olub.

Türkiyə Prezidenti Erdoğan bu seçkiləri şərh edərkən "31 mart bizim üçün son yox, dönüş nöqtəsidir" deyib.

Sual ortaya çıxır. Azərbaycan bələdiyyələri ilə Türkiyə bələdiyyələri arasında hansı fərqlər var? Azərbaycan bu sahədə Türkiyə sistemindən yararlanmalıdır?

Suallarımızı cavablandıran “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, Türkiyədə keçirilən seçkilə "dərin dövlət" olaraq onun bir daha nüfuzunu yüksəltdi və bir çox ölkələrə demokratiya ənənələrinin necə qorumaq lazım olduğunu sübut etdi: 

“Bu il ölkəmizdə də bələdiyyə seçkiləri keçiriləcək və bu artıq 6-cı dəfədir təşkil olunur. 25 yaşında olan Azərbaycan bələdiyyə sistemi müəyyən inkişaf yolu keçib. Sistemin formalaşması dövründə Türkiyə təcrübəsindən istifadə olunaraq müəyyən addımlar atılıb. Artıq uzun illərdir ki, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) təsis edilib və fəaliyyətdədir. Türk dövlətlərinin bələdiyyə qurumları TDBB üzvüdürlər.  Bu qurumun idarə heyətində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiyasının sədri qismində təmsil olunur. Günümüzdə Azərbaycan bələdiyyələri 25 illik inkişaf dövründə bir sıra çətinlik və problemlərlə üz-üzə qalsalar da, son  bir neçə ildə müvafiq orqanlar tərəfindən atılan addımlar sayəsində müəyyən mənada inkişafa nail olublar. Cari ilin seçkilər zamanı Türkiyə təcrübəsindən faydalanaraq addımlar atılması nəzərdə tutulur. O cümlədən bələdiyyələrin birləşdirilməsi təşəbbüsü reallaşmaq üzrədir".

V.Tofiqli vurğulayıb ki, birləşdirmə nəticəsində seçkilərdən sonra 1606 deyil, 800-ə yaxın  bələdiyyənin formalaşdırılacağı gözlənilir: 

“Bu da bələdiyyələrin nüfuzunun artmasına, maliyyənin mərkəzləşdirilməsinə və konkret layihələrin icrasına əlavə maliyyə vəsaitinin daxil olmasına imkan yaradacaq. Bununla yanaşı, büdcə imkanlarının artırılması üçün müəyyən tədbirlər görülməkdədir.  2023-cü ildə Adminstrasiyanın bələdiyyələrlə iş sektorunuv təşkilatçılığı və milli bələdiyyə assosiasiyalarının iştirakrıyla bələdiyyələrin avtomatlaşdırılmış məlumat  sistemi Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasına inteqrasiya edildi. Bu da bələdiyyələrin büdcə gəlirlərinin artmasına səbəb olacaq.  

Etiraf edilməlidir ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi və regional ədliyyə idarələrinin də bələdiyyələrin üzləşdiyi prblemlərin həllinə, habelə metodiki tövsiyələrin verilməsində xususi yeri və rolu var.  Bundan sonra iki qardaş dövlət əlaqələri sayəsində Türkiyə təcrübəsindən yararlanmaq vacibdir və bu Azərbaycan bələdiyyəsinin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına öz dəstəyini göstərəcək".

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
192

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
395

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1081

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
515

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
505

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
564

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
711